Premium Bank Visa tərəfindən mükafatlara layiq görüldü

12 Май 2023

Premium Bank daha iki mükafata layiq görüldü. Bu dəfə Banka, Visa International beynəlxalq ödəniş sistemi tərəfindən 2022-ci ildə Visa Signature kartı üzrə ən böyük artıma görə mükafat və “Paycity” şəhərciyini öz mobil tətbiqinə ilk inteqrasiya edən bank mükafatı təqdim olundu. Təltifetmə mərasimi Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası zamanı baş tutub.



 

“Premium Bank Visa Signature” kartı vasitəsilə müştərilər dünyanın istənilən nöqtəsində müxtəlif imtiyazlardan faydalana bilərlər:



- 24/7 Visa Qlobal Dəstək xidməti

- Gediş və gəliş zamanı pulsuz hava limanı transfer xidməti

- Hava limanlarında pulsuz “Fast Track” ximdəti

- Hava Limanında “Premium Bank Lounge” biznes-zalına pulsuz giriş


- Lounge key biznes zallarına pulsuz giriş

- Rominqda 2GB internet hədiyyə


- Beynəlxalq səyahət sığortası


- Alış-veriş zamanı təhlükəsizlik


- Dünyanın istənilən ölkəsində 24/7 rejimində “Concierge” servisi

- “Digital Visa Concierge (chatbot)

 

Bunlarla yanaşı, Bank-ın öz təklifləri də “Premium Bank Visa Signature” kartını daha cəlbedici edir. 



- Apple Pay və Google Pay ilə ödəniş etmək imkanı

- Premium Bank kartları arasında köçürmələr (card-to-card) pulsuz və limitsiz

- Ölkəxarici ödənişlərdə daha çox mil qazanılması

- "Premium Club” cashback proqramına üzvlülük

- “Azal Club” loyallıq proqramına üzvlülük (400-dən çox partnyor satış nöqtəsindən əlavə millər)

- ATM-larda komissiyasız nağdlaşdırma

- Çoxfunksional “Premium Mobile App”

 

Premium Bank Visa Signature kartını əldə etmək istəyən hər kəs bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər. Hər bir kart üzrə daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin: https://bit.ly/3O3q6BK

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti