Комитет по корпоративному управлению

Korporativ İdarəetmə Komitəsinin əsas vəzifələri:

  1. Bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət edir və korporativ idarəetmənin təkmilləşdirilməsi üçün təkliflər verir;
  2. Bankın davamlı fəaliyyət nəticələrinə əsaslanan və strateji hədəflərlərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirir və mükafatlandırma prosesinə nəzarəti həyata keçirir;
  3. Bankın Müşahidə Şurası, İdarə Heyəti və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy verir, onlar üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət edir.

Mükafatlandırma Siyasətinin əsas prinsipləri:

  • Adekvatlıq - qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;
  • Ədalətlilik – dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə əməkdaşın əməyinin ədalətli ödənişi, ödənişlərinin müəyyən edilməsində hər hansı bir ayrı-seçkiliyə yol verilməməsi;
  • Balanslaşma — bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balansı yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;
  • Səmərəlilik — mükafatlandırmaya yönəldilən xərclərin Bank üçün adekvat səmərə gətirməsi;
  • Uyğunluq — mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;
  • Şəffaflıq — mükafatlandırma siyasətinin əsas prinsipləri ilə bağlı məlumatların işçilərə və ictimaiyyətə açıqlanması.

Komitənin tərkibi:

Əhmədov Elçin Eldar oğlu - komitənin sədri;

Baxşəliyev Fərhad Adil oğlu - üzv; 

Bağır-zadə Sevda Emin qızı - müstəqil kənar üzv. 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

1 2 3 4 5 6

Növbəti