Mobile banking

"Premium Internet-Banking" banka gəlmədən müxtəlif xidmətlər göstərən geniş siyahılı təchizatçıların ünvanına sərbəst ödənişlər etmək imkanı verən müasir bank xidməti növüdür.

Nömrə ilə (qeydiyyat)

Bankımızın müştərisi olan hər şəxs “Mobile banking”-dan istifadə etmək imkanından yararlana bilər. Bunun üçün sadəcə “Premium Bank” tətbiqi yükləmək və mobil nömrə sahibi olmaq kifayətdir. Lazımı məlumatı daxil edərək asanlıqla qeydiyyatdan keçdikdən sonra tətbiqi rahatlıqla istifadə etmək imkanı.

Asan imza ilə (qeydiyyat)

Asan imzası olan müştərilər “Premium Bank” tətbiqində qeydiyyatdan keçmək ilə istənilən ölkədaxili və ölkəxarici köçürmələri həyata keçirə bilərlər. Asan imzası olmayan müştərilər isə son yenilik hesab edilən elektron imzadan yararlana bilərlər. “Bulud əsaslı imza“ Bankımızda 5 dəqiqə ərzində aktiv edilir və 3 il müddətində etibarlı hesab olunur.

Əsas səhifə

Şəxsi depozit, kredit, kart və cari hesabların ümumi balansını görmək imkanı, kredit sifarişi, bonuslar, müxtəlif əməliyyatlar etmək. Bunlar hamısı bir səhifədə!

Ödənişlər

Kommunal, hökumət və kredit ödənişləri - hamısını bir toxunuşla etmək mümkündür!

Köçürmələr

İstənilən Bank daxili köçürmələr imkanı, elektron imza sahibləri üçün eyni zamanda ölkədaxili və ölkəxarici köçürmə imkanı.

Kartdan karta

Ölkə daxilində bir kart hesabından digər kart hesabına pul köçürmək imkanı yaradır. Göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti