Şəxsiyyəti təsdiq edən sənədlər

Şəxsiyyəti təsdiq edən sənədlərə aşağıdakılar aiddir:

1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);

2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi

    yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);

3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə

   verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya

   daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;

4. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);

5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara

    (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu

    həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada

    verilmiş vəsiqələr;

6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının

    vətəndaşlarına verilmiş hərbi bilet;

7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti