Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsində Aparıcı/Baş mütəxəssis

İşin təsviri:
•    PL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
•    Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
•    Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
•    Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
•    Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
•    Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət edilməsi.
Namizədə dair tələblər:
•    Ali təhsil;
•    TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır;
•    PL/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
•    Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
•    Analitik düşünmə qabiliyyəti;
•    Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
•    Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
•    Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək
  • İstirahət günləri: şənbə və bazar günləri

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini [email protected] elektron ünvanına  göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsinin Aparıcı / Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti