Büdcə planlama və hesabatlıq üzrə Baş mütəxəssis

İşin təsviri:

  • İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;
  • Departament, şöbə və filiallara xərc büdcəsinin hazırlanmasında dəstək göstərmək;
  • Bankın maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
  • Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;
  • Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;
  • Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
  • Maliyyə departamentini layihələrdə təmsil edilməsi.
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil edilməsi;
  • Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;

Namizədə dair tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Xarici dillər: Rus və İngilis dili arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office (Excel yüksək səviyyədə);
  • Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti