DƏLƏDUZLARA QARŞI diqqətli olun, zərər çəkməyin!

20 December 2023

Hörmətli müştərilərimiz, son dövrlərdə dələduzlar tərəfindən “Azərpoçt” adından bank müştərilərinə saxta SMS-lər göndərilir.

SMS-lərdə bağlamanızın gömrükdə saxlanıldığı və çatdırılması üçün fərdi və kart məlumatlarınızı təqdim etməyinizi tələb edirlər. Təqdim etdiyiniz zaman nömrənizə onlayn ödənişlər üçün istifadə edilən birdəfəlik şifrə (OTP) daxil olur. Siz bu məlumatları da daxil etdikdən sonra aşağıdakı hallar baş verir:

Kart məlumatlarınız dələduzların əlinə keçir;
Kartınız “Apple” və ya “Google Pay”ə əlavə edilir və ölkə xaricində müxtəlif əməliyyatlar icra edilərək, xarici veb-saytlarda ödənişlər həyata keçirilir (“TikTok”, “LianLianPay” və s.). Beləliklə pulunuz dələduzlar tərəfindən mənimsənir.

Dələduzlara qarşı diqqətli olmağınızı, SMS göndərən şirkətin rəsmi kanallarına müraciət edərək məlumatları yoxlamağınızı tövsiyə edirik.

Hörmətli müştərilərimiz, belə hallarla üzləşib, kart məlumatlarınızı daxil etmisinizsə xahiş edirik (012) 931 nömrəmizlə əlaqə saxlayaraq məlumat təqdim edəsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti