Kartdan təhlükəsiz istifadə qaydaları

Ödəniş sistemlərində dələduzluğun qarşısının alınması metodlarının davamlı təkmilləşdirilməsi hesabına dələduzluq əməliyyatlarının sayında azalma müşahidə olunur. 

Cinayətkarların qarşısını alan əsas maneə - kartların saxlanması və istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət etmək, eləcə də kart sahiblərinin özləri tərəfindən şəxsi və maliyyə məlumatlarını savadlı şəkildə qorumaqdır. 

Xahiş edirik, müvafiq təhlükəsizlik tədbirləri barədə aşağıdakı məsləhət və tövsiyyələrə riayət edin: 

Yeni plastik kartı aldıqdan dərhal sonra kartın arxa tərəfində yerləşən imza üçün zolağın üzərinə imzanızı çəkin. 

Kartın nömrəsini və müştəri xidmətləri mərkəzinin telefon nömrəsini başqa yerə də yazın - kartın itirilməsi və ya oğurlanması hallarının baş verdiyi təqdirdə bu məlumat sizə lazım ola bilər. Məlumatları etibarlı yerdə saxlayın. 

Kartın PİN-kodu sizin tərəfindən yenisi ilə əvəzləşdirilibsə, aydın, asanlıqla ehtimal edilə bilən rəqəm kombinasiyalarından, məsələn, telefon nömrəsinin sonluğu, doğum gününüzün tarixi və s. Istifadə edilməsinə yol verməyin. 

PİN-kodunuzu heç vaxt qeyd etməyin - onu yadda saxlayın. Siz hələ də onu yazmaqda israr edirsinizsə, bu yazının sizin pul kisənizdə olmadığına əmin olun və xüsusən də PİN-kodu kartın özünün üzərinə qeyd etməyin. 

Özünüzün PİN-kodunuzu heç kimə açıqlamayın. Unutmayın ki, siz onu heç kimə: nə bankın nümayəndələrinə, nə hüquq-mühafizə orqanlarının təmsilçilərinə, nə də ticarət nöqtələrinin kassirlərinə bildirməli deyilsiniz və buna məcbur deyilsiniz. PİN-kodu yalnız kartın sahibinin özü bilməlidir. 

Kartın itirilməsi və ya oğurlanması barədə dərhal banka məlumat verin. Bəzi hallarda, bəlkə də, sizdən polis ərizə yazmaq və ya kartın itirilməsi faktının yazılı şəkildə təsdiq edilməsi tələb oluna bilər. 


Kartdan istifadə edərkən: 

Plastik kartlarınzı nağd pul vəsaitlərinizi qoruduğunuz kimi qoruyun. Onları avtomobildə, barda, gecə klubunda və ya çimərlikdə unutmayın. 

Tranzaksiyanın həyata keçirilməsi zamanı kartınızı mümkün qədər nəzərdən qaçırmamağa çalışın 

Kartla ödəniş etdikdən sonra məhz öz kartınızın sizə qaytarıldığına əmin olun. 

Kartla həyata keçirilən alış-verişi təsdiq edən qəbzi imzalamazdan əvvəl onun üzərində göstərilmiş kartla ödənilən alışların məbləğinə diqqət yetirərək, qəbzi yoxlayın. Alışların ödəniş tranzaksiyalarını və bankomatlardan nağd pul vəsaitlərinin çıxarılmasını təsdiq edən qəbz və sliplərin surətlərini saxlayın. 

Hər zaman, xüsusilə də səyahətdən qayıtdıqdan sonra hesab üzrə çıxarışınızı yoxlayın. Kartla ödənilən alış-verişlərin məbləğini sizdə olan qəbzlərlə müqayisə edib yoxlayın. Çıxarışı orada sizin tərəfinizdən həyata keçirilməyən naməlum tranzaksiyaların göstərilib- göstərilmədiyi baxımından yoxlayın. 

Kredit kartınızın nömrəsini heç vaxt telefonla hər-hansı bir şəxsə və ya şirkətlərə verməyin. Siz yalnız tanınmış, etibarlı şirkətlə işlədiyinizə əmin olan zaman kartınız barədə məlumatları verə bilərsiniz. 

Telefonla danışan zaman satış üzrə menecerin sizə təzyiq göstərdiyini hiss etdiyiniz təqdirdə ayıq olun. Alış haqqında qəti qərar qəbul etməyənə qədər öz plastik kartınızın nömrəsini onlar bildirməyin. 

Mağazada aldığınız mallar üçün ödəniş edərkən, özünüz haqqında əlavə məlumatlar verməyin, sizdən yalnız şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsi tələb oluna bilər. 

Siz kartınızdan kimin istifadə etmək hüququnun olduğunu bilməlisiniz. Əgər kartınızdan sizin ailə üzvlərinizdən hər hansı biri sizin razılığınızla və razılığınız olmadan istifadə etmişdirsə, bu zaman onun etdiyi alış-veriş və ya nağd pul vəsaitlərinin çıxarılması üzrə əməliyyatlar üçün məsuliyyət sizin üzərinizə düşür. 

Sizin kartınız və PİN-kodunuz: 

Debet və kredit kartını etibarlı yerdə saxlayın, zədələnməsinə (cızılmaq, qopmaq və s.) yol verməyin 

Kartın itirildiyi təqdirdə dərhal bankla əlaqə saxlayın (012-931). 

Bankomatlarda aparılan əməliyyatların təhlükəsizliyi 

Visa qlobal bankomat şəbəkəsi dünyanın 200 - dən çox ölkəsində yerli valyutada nağd pul vəsaitlərini asanlıqla və təhlükəsiz şəkildə çıxarmağa imkan verir. Bankomatlarda aparılan əməliyyatların təhlükəsizliyi üzrə tövsiyyələrlə tanış olun. 

Bankomatda aparılan əməliyyatlar: 

Ətrafa baxın, şəraiti qiymətləndirin - əgər bankomat zəif işıqlandırılmışdırsa və ya yaxşı izlənə bilən yerdə yerləşdirilməmişdirsə, başqa bankomatdan istifadə edin. 

Bankomatın qarşısında kartınızı pul kisənizdə axtarmamağınız üçün onu əvvəlcədən hazır edin. 

Sizin ardınızda bankomata növbəyə duran şəxslərin PIN-kodunuzu və ya tranzaksiya məbləğini görmədiklərinə əmin olun. 

Nağd pul vəsaitlərini bankomatın yanında təkrar saymayın, kartınızı, nağd vəsaitləri və qəbzi dərhal gizlədin. 

Əgər nədənsə şübhələnirsinizsə, dərhal tranzaksiyanı dayandırın, kartını götürün və oradan uzaqlaşın. Mümkün qədər tez bir müddətdə bankı tranzaksiyanın dayandırılması barədə xəbərdar edin. Əgər siz daxili məkanda yerləşən bankomatdan istifadə etmək qərarına gəlmişsinizsə və içəriyə daxil olmaq üçün kartı qapıda quraşdırılan oxuyucu qurğudan keçirməlisinizsə, bu zaman tanış olmayan (yad) şəxslərin sizinlə birlikdə içəri girməməsinə diqqət yetirməlisiniz. 

Qəbzi götürməyi unutmayın. Bankomatlardan verilən qəbzləri hesab üzrə aylıq çıxarışlarla müqayisə edin. Bu sizin kartınızla aparılan icazəsiz tranzaksiyalardan özünüzü qorumağın və düzgün hesablama aparmağın ən yaxşı üsuludur. 

Əgər siz kartınızı itirmişsinizsə, dərhal bankın qaynar xəttinə (012-931) müraciət edin. 

İnternet vasitəsilə təhlükəsiz alış-veriş 

Verified by Visa (“Visa yoxlanılmışdır”) nədir? 

Verified by Visa (“Visa yoxlanılmışdır”) xidməti internet vasitəsilə mal alarkən əlavə təhlükəsizliyi təmin edir. Bu pulsuz xidməti sahib olduğunuz kart üçün asanlıqla aktivləşdirmək mümkündür. 

Bu xidmət necə işləyir: 

Bankın köməyi ilə şəxsi identifikasiya metodunu müəyyən edin və bir neçə dəqiqə ərzində kartı aktivləşdirin. Bank sizin üçün şifrə təklif edəcək və ya seçəcək və ya mobil telefonunuza SMS vasitəsilə göndərəcək. Aktivasiyadan sonra Verified by Visa (“Visa yoxlanılmışdır”) xidməti hər dəfə internet-mağazaya daxil olduğunuz zaman sizin üçün lazımi mühafizəni təmin edəcək. 

İnternet-mağazadan alış-veriş edərkən sistem avtomatik olaraq kartınızın Verified by Visa (“Visa yoxlanılmışdır”) ilə mühafizə olunduğunu müəyyən edəcək. 

Tranzaksiyanı ətraflı yoxlayın. Təlimatların bank-emitent ilə müqavilənizin şərtlərinə uyğun gəldiyini təsdiq edin. 

Tranzakiyanı tamamlamaq üçün təlimatlara riayət edin. 

Bank məlumatlarınızı təsdiq edəcək və bundan sonra tranzaksiya uğurla tamamlanacaq.

259.72 KBPDF
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən barələrində sanksiya, embarqo, yaxud digər aidiyyəti tədbirin tətbiq olunduğu dövlətlər (ərazilər)
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti