3D Şifrə

Aktiv internet istifadəçiləri çox vaxt qlobal şəbəkədə plastik kartla ödəniş etməli olurlar. Bu zaman adətən etibarlılığı sual altında olan saytlarda məxfi məlumatı qeyd etmək lazım gəlir. Beləliklə, dələduzluq qurbanı olma riski yaranır. Kartın itirilməsi və ya oğurlanması zamanı bu risk daha da artır. Kartdan internetdə istifadə etmək cinayətkar üçün problem yaratmır – bütün lazım olan məlumatlar kartın üzərində qeyd edilimişdir. 

Artıq "Premium Bank" ASC-nin ASC MasterCard və Visa International kart sahibləri İnternet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini xeyli azalda bilər. Bu internet-ödənişlərin təhlükəsizliyinin təmin edilməsində "3D Secure" adlı ən müasir texnologiyanın köməyilə mümkündür. 

Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasıdır. 

“3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri “AzeriCard” səhifəsinə keçir, orada "3D" parolunu daxil edir və yalnız parolun təsdiqindən sonra ödənişi keçirir. 

“3D” parolu əldə etmək üçün bankomatın menyusundan "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı" bölməsi seçilməli, birdəfəlik parollar qeyd edilmiş çek çap olunmalı və www.azericard.com/3d səhifəsində qeydiyyatdan keçilməlidir. 

“3D” parolunun qeydiyyatı pulsuzdur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti