e-PIN

e-PIN xidməti vasitəsilə pin kodun yenisi ilə əvəz olunması (“SMS – xəbərdarlıq” xidmətinin aktiv olmağı mütləqdir)

e-PIN, "Premium Bank"dan kart əldə edərkən PİN kodun banka məxsus ATM-lər və ya bankın rəsmi internet saytından onlayn yenisi ilə əvəz olunması xidmətidir. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə sizin vaxtınıza qənaət etməklə bərabər, PİN kodunuzun sonradan unudulması hallarını da aradan qaldırır.

 

PIN kodun internet saytı vasitəsilə onlayn yenisi ilə əvəz olunması

Addım 1. Bankın Çağrı Mərkəzinə (012931) zəng edərək, PIN kodun itirildiyini bildirməlisiniz.

Addım 2. e-PIN səhifəsinə daxil olursunuz

Addım 3. Bu linkə daxil olub - https://reg.azericard.com/pin_premium/ Açılan pəncərədə kart məlumatlarınızı daxil edirsiniz.

Addım 4. Məlumatlar daxil edildikdən sonra karta bağlı nömrənizə SMS-lə kod göndəriləcək. PİN təyin etmək üçün SMS vasitəsilə daxil olmuş kodda ulduzların yerinə karta təyin olunacaq PİN kod yazılmalıdır. Məsələn test üçün istifadə olundu: 2222

Addım 5. Ulduzların yerinə karta təyin olunacaq PİN kodla birlikdə ümumi kodu daxil edirsiniz 

Addım 6. OK düyməsni vurduqdan sonra yeni parolunuz təyin olunacaqdır.

 

PIN kodun ATM vasitəsilə yenisi ilə əvəz olunması

Addım 1. Bankın Çağrı Mərkəzinə (012931) zəng edərək, PIN kodun itirildiyini bildirməlisiniz.

Addım 2. Kartı ATM daxil edib e-PIN bölməsinə daxil olursunuz.

Addım 3. Plastic locked statusuna keçdikdə SMS vasitəsilə birdəfəlik PİN kod göndərilir.

Addım 4. ATM vasitəsilə E-PİN təyin olunduqda ilk öncə birdəfəlik PİN kod daxil edilməli, sonra isə müştəri öz istədiyi PİN kodu daxil etməlidir.

Addım 5. Öz istəyinizlə təyin etdiyiniz PIN kodu təkrar daxil edirsiniz.

Addım 6. PIN kodunuz təyin edilmişdir.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti