Kartın üstünlükləri

Kartın Üstünlükləri

  • Visa Infinite Airmiles kartı əldə etdiyiniz zaman Sizə 500 mil hədiyyə olunacaq (hər yeni açılmış karta görə);
  • ATM-lardan nağd vəsaitin çıxarılması: 10000 AZN/USD/EUR-dək 0% komissiya (aylıq);
  • Apple Pay və Google Pay ilə ödəniş etmək imkanı;
  • Visa Infinite Airmiles kartının PULSUZ çatdırılması (şəhərdaxili);
  • Ölkədaxili əməliyyatlara görə hər 7 manat üçün 1 mil;
  • Ölkəxarici əməliyyatlara görə hər 5 manat üçün 1 mil;
  • Bütün dövlət büdcəsi ödənişləri, gömrük, vergi, DYP ödənişləri, Apus vasitəsi ilə həyata keçirilən əməliyyatlara görə hər 35 manat üçün 1 mil;
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda CIP (VIP lounge) xidməti - prioritet parkinq, növbəsiz nəzarət yoxlamasından keçid və lüks avtomobildə təyyarəyə qədər fərdi müşayiət və digər imtiyazlar. İldə 1 dəfə pulsuz istifadə etmək hüququ. Xidməti Telegram, WhatsApp və ya Viber vasitəsilə Visa Çat-botu vasitəsilə sifariş etmək mümkündür.
  • İstanbul Hava Limanlarına (IST və SAW) gediş və gəliş zamanı pulsuz transfer xidməti, ildə 6 dəfə pulsuz istifadə etmək hüququ. Xidməti Telegram, WhatsApp və ya Viber vasitəsilə Visa Çat-botu vasitəsilə sifariş etmək mümkündür.
  • Heydər Əliyev Beynəlxalq Aeroportuna gediş və gəliş zamanı pulsuz transfer xidməti, ildə 6 dəfə pulsuz istifadə etmək hüququ. Xidməti Telegram, WhatsApp və ya Viber vasitəsilə Visa Çat-botu vasitəsilə sifariş etmək mümkündür.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda "Visa Fast Line" xidmətindən ildə 6 dəfə pulsuz istifadə etmək hüququ. Xidmətə daxildir: Sürətli reys qeydiyyatı, baqajın sürətli çatdırılması və aviasiya təhlükəsizliyi, gediş və gəliş zamanı pasport yoxlamasından növbəsiz keçid. Xidmətdən istifadə etmək üçün Telegram, WhatsApp və ya Viber vasitəsilə "Visa Concierge" Çat botuna daxil olun, Visa Travel menyusunu seçin və "Fast Line in Baku" düyməsini sıxın.
  • İstanbul, Türkiyə (IST); Larnaka, Kipr Respublikası (LCA); Milan-Malpensa (MXP) və Milan-Berqamo (BGY), İtaliya; Roma-Fiumiçino (FCO) və Roma-Çampino (CIA), İtaliya; Barselona, İspaniya (BCN); Qran Kanariya (LPA), Palma (PMI), Alikante (ALC), Valensiya (VLC), Malaqa (AGP), İspaniya Hava Limanlarında “Fast Track” xidmətindən ildə 6 dəfə pulsuz istifadə edə bilərsiniz. Xidmətdən istifadə etmək üçün Telegram, WhatsApp və ya Viber vasitəsilə Visa Concierge Çat botuna girin, Visa Travel menyusunu seçin və "FastTrack" düyməsini sıxın.
  • PASHA Travel ilə birlikdə turist vizası rəsmiləşdirmək və həmçinin aşağıdakı imtiyazlardan yararlanmaq imkanınız var: Sənədləri növbədənkənar şəkildə təqdim etmək üçün premium görüşün təyin edilməsi; Təqdimat üçün sənədlərin tam şəkildə hazırlanması (o cümlədən sığorta); Viza mərkəzində VIP zonaya giriş; Hazır sənədlərin yığılması və göstərilən ünvana çatdırılması; Bütün ödənişlər xidmətə daxildir. Visa Infinite kart sahibləri xidmətdən ildə 1 dəfə istifadə edə bilər.
  • 1300-dən çox biznes-zalı, ildə 6 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı. 7-ci ziyarətin, həmçinin, bundan sonrakı ziyarətlərin və yol yoldaşlarınızın ziyarətlərinin qiyməti 32 ABŞ dolları təşkil edəcək
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda 1-ci Terminalda uçub getmə zonasında “Premium Bank Lounge” biznes-zalını məhdudiyyətsiz şəkildə ziyarət etmək imkanı. Yol yoldaşlarınızın ziyarətlərinin qiyməti 24 ABŞ dolları, 2-12 yaşa qədər sərnişinlər üçün isə 12 ABŞ dolları təşkil edəcək. (2 yaşadək uşaqlara giriş pulsuz olacaq).
  • Rominqda 2GB internet hədiyyə (6 dəfə). İstifadə etmək üçün Telegram-da Visa çatbotuna daxil olub, “Azercell Rouminq” düyməsinə basmaq və təlimatlara əməl etmək lazımdır.
  • Dünyanın istənilən ölkəsində 24/7 rejimində “Visa Signature Concierge” servisi. Çağrı Mərkəzi: +380 44 499 39 75
  • “Digital Concierge” (chatbot) - Çatbot konsyerji sizin şəxsi köməkçinizdir və sizə 24/7 rejimində xidmət etməyə hazırdır. Siz 3 messencerə (Telegram, Whatsapp, Viber) qoşula bilərsiniz. Azərbaycan, ingilis və rus dillərində xidmət imkanı təqdim edilir.
  • “Visa Infinite Miles” kart sahibləri Sağlam Ailə şəbəkəsində Digital Concierge (chatbot) vasitəsilə ildə 1 dəfə pulsuz Check-Up sifariş edə bilərlər.
  • “Visa Infinite Miles” kart sahibləri Sağlam Ailə şəbəkəsində Digital Concierge (chatbot) vasitəsilə ildə 6 dəfə pulsuz COVID-19 və Vitamin D testini sifariş edə bilərlər.
  • Tibbi dəstək və sığorta dəstəyi: Səyahət zamanı tam sığortalanma (tibbi yardımın göstərilməsi ilə bağlı xərclər, bədbəxt hadisə, reysin ləğv edilməsi və ya gecikməsi, avtomobilin icarəsi zamanı üçüncü şəxslər qarşısında məsuliyyət, baqajın gecikməsi, ekstremal idman növləri ilə məşğul olarkən alınmış travmalar və sığorta xidmətlərinin digər növləri). Sığorta təminatı həmçinin kart sahibi ilə birlikdə səyahət edən həyat yoldaşına və uşaqlara (5 nəfərə qədər) şamil edilir. Çağrı Mərkəzi: +380 44 499 39 75 - https://cardholderbenefitsonline.com/
  • Qlobal Müştəri Dəstək Xidməti - (İtirilmiş kartların 24/7 rejimində bloklanması, Bütün dünya üzrə 27000 məntəqədə nağd vəsaitlərin təcili verilməsi, Kartın 24 saat ərzində təcili dəyişdirilməsi, Kart sahiblərinin suallarının 24/7 rejimində cavablandırılması). Çağrı Mərkəzi: +380 44 499 39 75
  • Səyahət edənlərə beynəlxalq tibbi yardım və informasiya yardımı – (tibbi məsləhət, həkim çağırışı, təyinat ölkəsində peyvəndləşdirmə barədə məlumat, qaldığı ölkədə tibb müəssisələri barədə məlumat) Çağrı Mərkəzi: +380 44 499 39 75
  • Reysin, baqajın gecikməsinin kompensasiyası və alışların qorunması. Sığortanın qüvvəyə minməsi üçün nəqliyyatı və/və ya yaşayış yerini premium Visa kartınızla ödəmək vacibdir (bu zaman kartdakı ad biletlərdəki və/və ya bronlaşdırmadakı adla üst-üstə düşməlidir).
  • Beynəlxalq hava limanının 1-ci terminalında yerləşən "Salam Lounge" və "Baku Club" zallarının xidmətlərindən eksklüziv şərtlərlə istifadə edə bilərsiniz
  • Azərbaycanda endirimlər və xüsusi təkliflər - https://www.visa.com.az/az_az/visa-offers-and-perks
  • “Visa Luxury Hotel Collection” proqramına daxil olan otellərdə eksklüziv xidmətlər ‒ https://www.visaluxuryhotels.com/
  • Dünya miqyaslı şirkətdən avtomobillərin icarəsinə 35% endirim ‒ http://www.avisworld.com/visa
  • https://www.agoda.com/ Agobda saytında otellərin bronlaşdırılmasına 12% endirim.
  • ATM-lərdən nəğd pulun çıxarılması limiti 10000 AZN/USD/EUR (günlük)
Müddət
Qiymət

360 AZN

450 AZN
Sifariş et

Visa Infinite Airmiles

"Visa Infinite Airmiles" kartı səyahət etməyi sevən, komfort və ən yüksək səviyyədə xidmətə üstünlük verənlər üçün yaradılıb. Bu kart rahat və asan istifadə oluna bilən maliyyə alətindən bir çox unikal təkliflər təqdim edən, Sizin yeni üstünlüklər və imtiyazlara olan açarınızdır. Bu kartın imkanları Sizin bütün gözləntilərinizi üstələyəcək.

“Airmiles” kartlarının üstünlükləri nələrdir?

  • Asan mil toplama: Kartınızla hər yerdə ödənişlər edin və bütün imtiyazlarından istifadə edərək avtomatik olaraq millər qazanın.
  • Ekstra millər qazanma imkanı: Tətbiq daxilində partnyor brendlərin təklifləri ilə tanış olub ekstra millər toplayın.
  • Məşhur aviaşirkətlərin mil aviabileti almaq imkanı: 10-dan çox aviaşirkətin biletlərini millər ilə əldə edilməsi. Misal: cəmi 8500 AZN xərcləməklə millər toplayıb bütün rüsumlar daxil İstanbula mil aviabileti əldə edilə bilər.
  • Məhsul və xidmətləri mil ilə almaq imkanı: Millərlə yalnız aviabilet deyil, digər müxtəlif kateqoriyalardan məhsul və xidmətləri əldə edilə bilər.
  • Ailə mil hesabı: Ailə üzvləri millərini aralarında paylaşa bilərlər, bu da ailə üzvlərinə daha çox səyahət imkanı yaradır.
  • Biletlərin digər şəxsin adına rəsmiləşdirilməsi: Toplanmış millərlə alınan aviabiletlər yalnız istifadəçinin adına deyil, istənilən şəxsin adına hətta azyaşlı uşaqlara da rəsmiləşdirilə bilər.
  • Hər zövgə uyğun mil kartları: Müştərilər Visa Infinite Airmiles, Visa Signature Airmiles, Visa Platinum Airmiles, Visa Gold Airmiles və Visa Classic Airmiles kimi fərqli kartları seçə bilərlər.
  • Mil kredit kartları: 45 gün güzəşt müddəti ilə kredit xəttlərin asanlıqla əldə olunması.
  • Rahat istifadə imkanı: “Airmiles” mobil tətbiqi daxilində mil balansı və yeniliklər haqqında məlumat almaq, partnyor brendlərin təkliflərini izləmək, mil aviabiletinin onlayn əldə etmək və s. kimi imkanların mövcud olması.
  • Kartlarda olan əsas imtiyazlar: Hədiyyə millər, Hava Limanında CIP Lounge, Hava Limanı transfer (GYD/IST), Fast Track (GYD/Avropa), Biznes zallar, Səyahət sığortası, Ödənişsiz turist vizası, Rominqda internet, pulsuz check-up, 24/7 dijital konsyerj, alışların qorunması, xüsusi endirim təklifləri, kredit xətti, pulsuz köçürmələr, komissiyasız nağdlaşdırmalar və s. 

Premium Bank Airmiles – Minlərlə fürsət, millərlə səyahət!

“Airmiles” tətbiqini yüklə: https://onelink.to/mtnbpt

 

"Visa Infinite Airmiles" kartının imtiyazlarından istifadə etmək üçün qayda: 

*Bütün imtiyazlardan ödənişsiz istifadə etmək üçün smartfon, yaxud ağıllı saat vasitəsilə son 35 gün ərzində toplam minimum 100 AZN məbləğində ödənişlər etmək lazımdır. 100 AZN ödəniş ediləndən sonra 5 iş günü ərzində kart aktivləşdirilir.

Aşağıda qeyd olunan әmәliyyatlara görә millәr hesablanmır:

  • Kredit ödәnişlәri (APUS vasitәsi ilә ödәnilәn ipoteka kreditlәri istisnadır);
  • Hesaba mәdaxil vә sığorta ödәnişlәri;
  • Bankın Tariflәrinә uyğun olaraq komissiyaların silinmәsi;
  • Pul köçürmәlәri (yerli vә xarici C2C, E-cüzdan);
  • Maliyyә institutları üzrә ödәnişlәr;
  • ATM vә POS-terminal vasitәsilә nağdlaşdırma әmәliyyatları;
  • Birja ödәnişlәri (Forex, qiymәtli kağızlar birjası, kriptovalyuta birjası);
  • Yerli vә xarici lotereyalar üzrә ödәnişlәr;
  • Mәhkәmә qәrarları vә ya inzibati orqanların sәrәncamları ilә müәyyәn edilmiş qanuni ödәnişlәr (aliment ödәnişlәri, vergi sәrәncamları vә s.).

 

 





Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti