PIN change

Elektron bank kartlarının sahiblərinin rahatlığı üçün “Azərikard” prosessinq mərkəzi bankomat vasitəsi ilə PIN-kodun dəyişdirilməsi xidmətini təqdim edir.

Plastik kartının PIN-kodunu dəyişdirmək üçün müştəri:

1. bankomatın menyusunda “ÖDƏMƏLƏR” bölməsinə daxil olur 

2. daha sonra “XİDMƏTLƏR” bölməsini seçir

3. açılan menyuda «PIN Change» seçir

4. yeni PIN-kodu daxil edir

5. növbəti pəncərədə yeni PIN-kodu təsdiq edir

6. yeni PIN-kod yanlış təsdiq edildiyi halda, ekranda növbəti xəta göstərilir: “PIN nömrəsi səhv yığılıb” Bu halda müştəri “TƏKRAR YIĞMAQ ÜÇÜN BU DÜYMƏNİ BASIN” seçməli və yeni PIN-kodu iki dəfə daxil etməlidir

  • PIN-kodu yalnız bankomatda dəyişmək mümkündür
  • Yeni PIN-kod 4 rəqəmdən ibarət olmalıdır
  • PIN-kodu dəyişmək imkanı məhdudiyyətsizdir 
  • Təkrarlanan (2222), bir-birinin ardınca gələn (1234) rəqəmləri və ya sahib olduğunuz bütün plastik kartlara eyni PIN-kodu seçmək məsləhət görülmür. 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti