Akkreditiv

Avans ödənişini həyata keçirmək zərurətini istisna etməyə,o cümlədən malın tədarük edilməmə riskini minimuma salmağa imkan yaradan hesablaşma formaları. 

Bundan başqa, bu vasitədən istifadə etməklə, siz mala görə ödəniş üçün maliyyə əldə edə bilərsiniz, yəni, ona Təchizatçı tərəfindən akkreditiv üzrə təqdim edilən sənədləri yoxlamaqla bank onlar üçün ödənişi həyata keçirir. Ödəniş məbləği sizə verilən kredit sayılacaqdır, onu siz razılaşdırılan qrafik üzrə ödəyəcəksiniz. 

Sonrakı maliyyələşdirmə ilə sənədli akkreditiv sxemi: 

Akkreditivə müqavilə üzrə ödəniş forması kimi baxan idxal müqaviləsinin bağlanması.
İdxalçı "Premium Bank" ASC-nə sonrakı maliyyələşmə ilə akkreditivin verilməsi xahişi ilə müraciət edəcəkdir, kredit müqaviləsi, xüsusi akkreditiv xidməti müqaviləsi bağlanılır.
"Premium Bank" ASC sonradan maliyyələşdirmə məzmunlu sənədlərin təqdim edilməsi müqabilində İxracçının xeyrinə ödəniş şərtli akkreditiv tərtib edir. Zəruri olduğu halda İdxalçının göstərişi ilə akkreditiv təsdiq edilir.
İxracçı müqavilə şərtlərinə uyğun olaraq malı yükləyir.
İxracçı sənədləri (nəqliyyat və maliyyə) icraçı banka təqdim edir (sənədləri yoxlamaq səlahiyyətinə malik olan bank). Sənədlər akkreditiv şərtlərinə uyğun olaraq yoxlanılır.
Sənədlər akkreditiv şərtlərinə uyğundursa, icraçı bank təqdim edilən sənədlər üzrə akkreditiv çərçivəsində məbləği icraçı banka ödəyir.
İcraçı bank həyata keçirilən ödəniş haqqında bildiriş göndərir, ödənişdən sonra akkreditiv kreditə çevrilir . İcraçı Bank kreditlə bağlı ödəniş tarixi haqqında "Premium Bank" ASC-nə məlumat verir, bu məlumat İdxalçıya bildirilir.
Malın satılması.

Akkreditiv – emitent bankın mal və ya xidmətlərə görə, malların ötürülməsi və ya xidmətin göstərilməsini təsdiqləyən müəyyən sənədlərin təqdim edilməsi ilə müəyyən məbləğdə pul vəsaitinin satıcıya ödənilməsi öhdəliyidir. 

Akkreditivdən istifadə müqavilə üzrə ödənişin həyata keçirilməsi ilə bağlı risklərin minimallaşdırılmasına imkan verir. Akkreditivi qəbul etməklə satıcı əmin ola bilər ki, satdığı malı çatdıran kimi və bunu təsdiq edən sənədləri təqdim etdiyi halda, alıcının kimliyindən asılı olmayaraq emitent bank müqavilə üzrə nəzərdə tutulmuş məbləği ödəyəcək. 

Akkreditivi qəbul etməklə ixracatçı, akkreditivin malların təhvil verilməsilə bağlı müqavilə ilə uyğunluğunu və akkreditivə əsasən qoyulmuş tələblərin yerinə yetirilə bilməsini yoxlayır. Əgər satıcı üçün har hansı bir şərtin icraçı qeyri-mümkündürsə, o dərhal alıcıdan düzəlişlərin edilməsini xahiş etməlidir. 

Öz növbəsində, alıcı əmin ola bilər ki, ödəniş, malların onun ünvanına təhvil edilməsini təsdiq edən sənədlərin banka təqdim edildiyi və akkreditivin şərtlərilə tam üst-üstə düşdüyü halda həyata keçiriləcək. 

Akkreditivin əsas növləri: 

Təsdiqli,
Geri çağırılmayan,
Bərpa edilən (dəfələrlə təkrar edilən),
Transfer edilən (transferable),
Kompensasiya edilən (back to back).

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti