Zəmanət

Bank zəmanəti -benefisiar qarşısında onun xeyrinə göstərilmiş məbləğ müqabilində ödəniş etmək bankın öhdəliyidir. Bu öhdəlik o zaman yaranır ki, benefisiarın kontragenti benefisiar qarşısında öz öhdəliklərini yerinə yetirməmiş olsun – zəmanət hadisəsi. Bank zəmanəti müqavilə üzrə maliyyə və digər öhdəliklərin icrasını təmin edən bir vasitədir və akkreditiv kimi müştərisinin hesabına və sərəncamı əsasında kontragent qarşısında bankın öz öhdəliyini təşkil edir. 

Bu alətin üstünlüklərindən biri ondan ibarətdir ki, zəmanət, malların hissə-hissə göndərilməsi nəzərdə tutulduğu təqdirdə onun məbləğindən bir neçə dəfə artıq olan məbləğ müqabilində xarici ticarət əqdlərinə xidmət edə bilər. Bu zaman, zəmanət bir göndərmənin məbləğinə bərabər olan məbləğə açılaraq müqavilənin etibarlıq müddəti ərzində qüvvədə qalır. Bank zəmanəti bir hesablaşma forması deyil, aşağıdakı formaların birində reallaşdırılan tərəflərin müxtəlif öhdəliklərinin icrasını təmin etmək üçün nəzərdə tutulmuş bir vasitədir: 

Təklifin təminatı (müsabiqə və ya tender zəmanəti). Tender təklifini vermiş müəssisə həmin təklifə cavab olaraq sifarişi qəbul etməkdən imtina etdiyi halların qarşısını alır.
İcra zəmanəti. Malların (xidmətlərin) müqavilə şərtlərinə uyğun olaraq təchiz olunacağına təminat verir.
Avans ödənişin qaytarılması zəmanəti. Müqavilə şərtləri icra olunmadığı təqdirdə, yəni qabaqcadan ödənilmiş mallar vaxtı-vaxtında göndərilmədiyi (xidmətlər göstərilmədiyi) təqdirdə, avans ödənişin qaytarılacağına təminat verir.
Ödəmə zəmanəti. Təchiz edilmiş malların və ya göstərilmiş xidmətlərin vaxtı-vaxtında ödənilməsi üzrə öhdəliklərə təminat verir. 

Müxtəlif quruluşlu bank zəmanətlərindən istifadə olunması müqavilə tərəfi ilə bağlı riskləri, habelə idxal təchizatlarının maliyyələşdirilməsi ilə bağlı xərcləri minimuma endirmək imkanını verir.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti