Xəzinədar

İşin təsviri:

  • Müştərilərlə nağd hesablaşma ilə mədaxil-məxaric üzrə müxabirləşmələrin təsdiq edilməsi;
  • Bankın təyin etdiyi məzənnə əsasında müştərilərin valyuta-mübadilə əməliyyatlarının aparılması;
  • Çap olunmuş plastik kartların və PİN zərflərin müştərilərə verilməsi;
  • Çek kitabçalarının balansdan kənar müxabirləşməsinin aparılması;
  • Xəzinədə olan nağd pul və digər qiymətlilərlə əməliyyatların uçotunun aparılması;
  • Kassa sənədlərinin bankdaxili qaydalara uyğun formalaşdırılması, saxlanılması, arxivə təhvili;
  • Filial müdirinin verdiyi tapşırıqların, bu vəzifə təlimatından irəli gələn digər öhdəliklərin həyata keçirilməsi;

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 2 illik bank təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Təzyiqə davamlılıq və komanda tərkibində işləmə bacarığı;
  • Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
  • Əla səviyyədə Azərbaycan və Rus dili, yaxşı səviyyədə İngilis dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti