Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis

İşin təsviri:

  • Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir;
  • Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir;
  • Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
  • Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәtin hәyata keçirilmәsi;
  • Ssenarilərin təhlil edilməsi, Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
  • Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;
  • Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
  • İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icrası və insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
  • Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirmək.

Namizədə dair tələblər:

  • Maliyyə, iqtisad sahəsində ali təhsil;
  • Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
  • Əla səviyyədə MS Excel biliyi;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
  • Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı.
  • FRM,PRM üzrə hər hansı mərhələni keçən və ya digər risk əsaslı sertifikatlara sahib olan namizədlərə (CERM və s.)  üstünlük veriləcək;
  • Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır;

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti