Müştəri xidmətləri departamentinin Kredit və sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi (Biznes kreditləri üzrə)

İşin təsviri:

·         Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;

·         Yeni müştərilərin cəlb olunması;

·         Kredit müraciətləri ilə bağlı biznes təhlilinin aparılması;

·         Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;

·         Biznes təhlilləri ilə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi;

·         Kredit portfelinin formalaşdırılması və idarə olunması; 

·         Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;

·         Qarantiyalar üzrə lazimi sənədlərin tərtibatı, Bank Əməliyyat Sistemində qarantiyaların qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək;

·         Kredit və qarantiya əməliyyatlarının tam sənədləşməsi.

Namizədə dair tələblər:

·         Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);

·         Ən azı 3 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;

·         25-35 yaşlarda bəy namizədlər;

·         Satış bacarığına malik olmalı;

·         Komandada və müştərilərlə işləmək bacarıqları;

·         Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

·         Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır

·         Ofis proqramlarında işləmək bacarığı olmalı.

İş şəraiti:

·         AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə

·         İş saatı 09:00-dan 18:00-dək

·         İstirahət günləri: şənbə və bazar günləri

·         Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit və sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi” (Biznes kreditləri üzrə)  qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti