Marketinq və Rəqəmsal bankçılıq departamentində Marketinq və Partnyor şəbəkəsinin idarə edilməsi şöbəsinin rəisi

İşin təsviri:

  • Bankın məhsul və xidmətlər portfelinin bazar tələblərinə uyğun daim inkişaf etdirilməsi;
  • Bank bazarında olan məhsul və kampaniyaların izlənməsi, təhlil edilməsi;
  • Bazar tendensiyalarını, müştəri tələblərini öyrənmək, rəqabət mühitinin təhlil edilməsi;
  • Ənənəvi satış, kampaniya və satış kanallarının effektivliyinin ölçülməsi və artırılması;
  • Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması və effektivliyinin ölçülməsi;
  • Bankın partnyor şəbəkəsi ilə sıx əməkdaşlıq nəticəsində ortaq layihələrin həyata keçirilməsi;
  • Çöl reklamları üçün vizual konsepsiyaların və sosial media platformaları üçün kontentlərin hazırlanması;
  • Sosial Media Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi.

Namizədə dair tələblər:

  • Marketinq və ya oxşar sahədə ali təhsil;
  • Marketinq sahəsi üzrə minimum 3 il bank təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili bilikləri;
  • Ofis proqramlarından istifadə etmək bacarığı;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
  • Analitik düşünmə və problem həlletmə qabiliyyəti;
  • Bazar araşdırması, proqnozlaşdırma barədə biliklər;

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini [email protected] elektron ünvanına 18.12.2024-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketinq departamenti, Şöbə rəisi” şəklində göstərilməsi xahiş olunur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti