Kreditlərin anderraytinqi və monitorinqi şöbəsinin Mütəxəssisi

İşin təsviri:

·         Kredit (istehlak, biznes), qarantiya və digər sənədli əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğunun yoxlanılması;

·         Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi;

·         Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin təhlili;

·         Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;

·         Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;

·         Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;

·         Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;

·         Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın, kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğunun yoxlanılması;

·         Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;

·         Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;

·         Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması;

·         Aparılmış monitorinq üzrə aktların tərtib olunması;

·         Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması.

Namizədə dair tələblər:

·         İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır;

·         Ən azı 1 il müvafiq sahə üzrə bank təcrübəsi olmalıdır;

·         Analitik düşünmə qabiliyyəti;

·         Detallara qarşı diqqətlilik, operativlik;

·         Azərbaycan dili biliyi əla, Rus və ya İngilis dili biliyi arzuolunandır.

İş şəraiti:

·         İş saatı 09:00-dan 18:00-dək

·         İstirahət günləri: şənbə və bazar günləri

Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini [email protected] elektron ünvanına 17.11.2024-cü il tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin anderaytinqi və monitorinqi şöbəsinin Mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti