Komplayens monitorinq şöbəsinin aparıcı/baş mütəxəssisi

İşin təsviri:

  • Ödəniş sistemləri sahəsində qanun pozuntusu (dələduzluq, sui istifadə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
  • Proses və əməliyyatlar üzrə nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Nəzarət mexanizminin gücləndirilməsi üçün yeni alətlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
  • Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Plastik kartlar, bankomatlar və ödəniş terminalları ilə icra edilən əməliyyatların monitorinqinin həyata keçirilməsi, şübhəli əməliyyatların aşkarlanması;
  • Debitor və kreditorlarla işin təşkilinə nəzarət;
  • Əməliyyatlar üzrə komisyon haqlarının, xidmət haqlarının düzgün hesablanmasına nəzarət etmək;
  • Ödəniş sistemlərinə aid onlayn portallar vasitəsilə fraud ehtimalı olan əməliyyatlarla bağlı işin təşkili;
  • POS-terminal üzərindən keçən ödənişlərin onlayn monitorinqinin aparılması;
  • Partnyorlara təqdim olunmuş terminalların bankın daxili prosedurlarına uyğun verilməsini, təyin olunmuş tarif, fəaliyyət kodunun düzgünlüyünün yoxlanılması üçün aidiyyəti struktur tərəfindən yerində monitorinqin aparılmasına nəzarət etmək;
  • VISA, MASTERCARD, Azerikard və ölkədaxili ödəniş sistemləri tərəfindən təqdim edilən invoysların araşdırılması və hesablaşmalara nəzarət;
  • Fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə nəzarət prosesinin gücləndirilməsi istiqamətində yeni alət və mexanizmlərin hazırlanması və tətbiqində iştirak etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində 2 il iş təcrübəsi tələb olunandır (bank əməliyyatlarına nəzarət, audit, risk və ya plastik kart sahəsində minimum 1 ildən artıq iş təcrübəsi olan namizədlər dəyərləndiriləcəkdir);
  • Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
  • Kart və kart əməliyyatları barədə bilikli olmaq;
  • Rəqəmsal ödənişlər üzrə ödəniş sistemlərinin qayda və tələblərinə uyğunluğun yoxlanılması bacarığına malik olmaq;
  • Rəqəmsal ödənişlər üzrə ölkə qanunvericiliyinin və ödəniş sistemlərinin qayda və tələbləri barədə məlumatlı olmaq;
  • Ən çox yayılmış fraud halları barədə məlumatlı olmaq və qarşısının alınması istiqamətində atılmalı addımları müəyyənləşdirməyi bacarmaq;
  • Yaxşı səviyyədə MS Excel biliyinə malik olmaq;
  • Təhlil etmə və risk faktorlarını aşkarlama bacarığı.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Komplayens departamentinin Komplayens monitorinq şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45