Daxili Audit Şöbəsində “Aparıcı/Baş mütəxəssis”

İşin təsviri:

  • Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Yoxlanılan sahə üzrə ehtimal olunan riskləri müəyyənləşdirmək, işin effektivliyinin artırılması istiqamətində müvafiq təklif və tövsiyələr vermək;
  • Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
  • Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyi və etibarlığını qiymətləndirmək;
  • İş prosesi ilə bağlı müvafiq hesabatlar hazırlamaq;
  • Tədbirlər planının və audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə/iqtisadiyyat və ya hüquq sahəsi üzrə təhsil arzu olunandır);
  • Ən azı 2 ili audit sahəsində olmaqla 3 illik bank təcrübəsi;
  • Mərkəzi Bankın qaydaları və bank fəaliyyəti ilə bağlı qanunvericilik üzrə biliklərə sahib olmaq;
  • Prosesslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl olmalı, rus və ingilis dili bilikləri arzu olunandır;
  • Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığına sahib olmalıdır.
  • Qeyd olunan sahə üzrə beynəlxalq sertifikat(lar)a sahib namizədlərə üstünlük veriləcəkdir.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini [email protected] elektron ünvanına 16.12.2024-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Daxili Audit Şöbəsində “Aparıcı/Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti