Yeniliklərlə daha da Güvənliyik!

22 Noyabr 2018

“Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti  adı altında xidmətinizdədir.

Son illərdə bir çox yeniliklərə və iri həcmli layihələrə imza ataraq sürətlə inkişaf edən, Bank və maliyyə sektorunda özünəməxsus yeri ilə geniş müştəri kütləsinə sahib olan “Bank Silk Vey” ASC bu ənənəyə sadiq qalaraq növbəti yeniliyə addım atmış, adının dəyişdirilməsinə qərar vermişdir. Belə ki, “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti  adı altında fəaliyyətini davam etdirir.

Bankın Müşahidə Şurasının Sədri cənab Elçin Əhmədov öz müsahibəsində bu barədə açıqlama verərək bildirdi ki, hər zaman əsas prioriteti keyfiyyətli xidmət, müştəri məmnuniyyəti və yeniliklərə inteqrasiya etmək olan “Bank Silk Vey” ASC-nin bu addımı da  onun daim inkişafda olmasının bariz nümunəsidir. Uzun müddət fəaliyyət istiqamətinin bilavasitə nəqliyyat sektoruna yönəlməsinə baxmayaraq bankımız, son illərdə təqdirəlayiq xidmət və yeni məhsulları ilə geniş müştəri kütləsinin ürəyini fəth etmiş, “Bizimlə Güvənlidir” şüarı altında özünəməxsus yerini qazanmışdır. Bütün bu hallar da sağlam və işgüzar komanda ilə çalışan Bank rəhbərliyinin özünə olan inamını artırmış, Bankın, dünya bankları, maliyyə sektorları sıralarında yeni ad altında addımlamasına və əməkdaşlığını davam etdirməsinə təkan vermişdir. Biz əminik ki, yeni adımız xidmət və rentabellik səviyyəmizin inkişafına, çoxşaxəli partnyorluq əlaqələrinin qurulmasına, işgüzar nüfuzumuzun artırılmasına, maliyyə potensialımızın güclənməsinə öz töhfəsini verəcək və bizim müştərilərimizə “Bizimlə daha da Güvənli” olacaqdır.

Hörmətli müştərilərimiz,

Nəzərinizə çatdırmaq istərdik ki, 23 noyabr 2018-ci il tarixindən etibarən “Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyəti, “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti  adı altında fəaliyyətini davam etdirəcəkdir.

Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.

Yeni ad altında yeniliklərə imza atmaq arzusu ilə yolunuzu gözləyirik dəyərli müştərilərimiz!

HÖRMƏTLƏ,

Premium Bank” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti