“Visa Signature Miles” kart sahibləri üçün şəxsi çatbot

19 Avqust 2020

Premium Bank “Visa Signature Miles” kart sahibləri üçün VISA beynəlxalq ödəniş sistemi tərəfindən təqdim olunan Chatbot-Concierge (şəxsi köməkçi) xidmətini təqdim edir. Chatbot-Concierge sizin şəxsi köməkçinizdir və sizə 24/7 rejimində xidmət etməyə hazırdır. Siz 2 messencerə (Telegram və Viber) ödənişsiz qoşula bilərsiniz. Azərbaycan, ingilis və rus dillərində xidmət imkanı təqdim edilir. Müştəri müvafiq kartı Premium Bankdan əldə etdikdən sonra bu xidmətə qoşulur. Kartın istifadə müddəti boyunca heç bir xidmət haqqı ödəmədən bu unikal imkandan faydalanır.

Konsyerj xidməti bir çox üstünlükləri özündə birləşdirir: işgüzar səfərlər və səyahətlərlə bağlı faydalı məlumatlar, məsləhətlər verir. Şəhər bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, hava şəraiti və digər çoxsaylı lazımi məlumatları istənilən vaxt kart sahibinin diqqətinə çatdırır. Bu xidmət vasitəsilə, gəzinti turlarının tarixi, əyləncə və idman tədbirləri, dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı məlumat və tövsiyyələr almaq olar.

Konsyerj xidməti vasitəsilə kart sahibi üçün təyyarə biletlərinin, otellərin bron edilməsi, avtomobil icarəsi, təyyarə yaxud yaxtalarla özəl səyahətlər təşkil edilir. Konsertlər, idman yarışları da daxil olmaqla bir çox əyləncə tədbirlərinə giriş təmin olunur. Kart sahibi getdiyi yerlərdə biznes (katiblər, kuryer xidmətləri və s.), məişət (kommunal, dayə, kurslar, şəxsi məşqçilər və s.) və peşəkar xidmətlərə (tibbi, hüquqi və s.) ehtiyac duyduqda konsyerj xidməti onlara anında kömək göstərir.

Siz həyatdan zövq alın - qayğıları konsyerjə etibar edin!

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti