Type of Card
Azərbaycanda “Tax-free” sisteminin tətbiqi ilə bağlı dövlət qurumlarının əməkdaşlıq edəcəyi kommersiya bankı məlum olub. Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müvəkkil bank kimi “Bank Silk Vey” ASC-ni seçib.
Xatırladaq ki, “Tax-free” sisteminin tətbiqinə ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda başlanması nəzərdə tutulub. Banklar arasında seçim edilərkən “Bank Silk Vey”in hava limanında 2 saylı filialının və 1 saylı şöbəsinin fəaliyyət göstərməsi əsas götürülüb.
Qeyd edək ki, “Tax-free” sistemi yaşı 14-dən çox olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana səfər edərkən alış-veriş zamanı ödədiyi məbləğin bir hissəsinin (əlavə dəyər vergisinin – ƏDV) onlara geri qaytarılmasını nəzərdə tutur. Bununla bağlı qayda Prezident İlham Əliyevin iyulun 12-də imzaladığı Fərmanla təsdiq edilib. Fərmana əsasən, müvəkkil bank 15 gün ərzində müəyyən edilməli idi.
“Tax free” sistemini yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş mağazalar həyata keçirə bilərlər. Bununla yanaşı, həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində nəzarət-kassa aparatı və POS-terminal qurulmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru
Type of Card
Card currency
Card term
Order type
Member of Azal Miles program ( if have )
Take in branch
Delivery address
Name
Surname
Patronymic
Gender
Personal code (You will need it for identification)
Registration address
Workplace
Position
Source of income
Mobile number
Bu seçimlə davam etdiyiniz təqdirdə filiala yaxınlaşmalı olacaqsınız.
BağlaZəhmət olmasa filiala yaxınlaşın
BağlaÜnvana çatdırılma yalnız şəhərdaxilidir.
Bağla