“Bank Silk Way” 30.000-ci plastik kart sahibini sevindirdi!

31 İyul 2017

26.07.2017-ci il tarixində “Bank Silk Way” ASC bankın 30.000-ci kartı əldə edən müştərisini təbrik etdi. Müştəriyə onun sifariş etdiyi Visa Gold Miles kartı ödənişsiz olaraq təqdim olundu və ona bank tərəfdən müxtəlif hədiyyələr verildi. Qalib “Azerconnect” şirkətinin işçisi Abasova Aygün Fəxrəddin qızı oldu.

Tədbirdə “Bank Silk Way” ASC-nin İdarə Heyətinin sədri Əhmədov Elçin Eldar oğlu şəxsən iştirak edib.

Bu mərasimin keçirilməsinin əsas səbəbi müştərilərin sevincini və inamını daha da artırmaqdır.

“Bank Silk Way” ASC respublikanın etibarlı  və aparıcı banklarından biridir. Yarandığı tarixdən etibarən 23 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də inkişaf baxımından artmışdır. Bankın əsas strategiyası keyfiyyətli, sürətli və sərfəli xidmət, faydalılıq və peşəkarlıq əsasında qurulmuşdur.

Xatırladaq ki, “Bank Silk Way” müştərilərə Miles ödəmə kartlarını təklif edir. Bu məhsul son illər ərzində Azərbaycanda daha da geniş istifadə olunur. Miles kartı bank kartının üstünlükləri ilə “Azal Miles” proqramının iştirakçılarının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Bu kartların əsas xüsusiyyəti müştərinin hesablarına səyahət ballarının toplanmasıdır. Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik səyahət balları hesablanır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır. Bu səyahət balları vasitəsilə Azərbaycan Hava Yollarından ödənişsiz uçuş biletlərini əldə etmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.fb.com/swbankmiles) müraciət edə bilərsiniz.

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti