«SW Miles» proqramında yeniliklər

01 Oktyabr 2018

Yaxın zamanlarda «Azal Miles» proqramında baş verən yeniliklərlə əlaqədar olaraq «Bank Silk Way»ın mil hesablamalarında dəyişikliklər edilmişdir. Yeni hesablanma qaydası 1 Oktyabr 2018-ci il tarixindən qüvvəyə düşəcək.

Bunları nəzərə alaraq, «SW Miles» kartları üzrə yeni hesablanmanı Sizə təqdim edirik:

  • Visa Classic Miles/MC Standard Miles: 8 azn/1 mil (ölkə xarici), 12 azn/1 mil (ölkə daxili);
  • Visa Gold Miles/MC Gold Miles: 7 azn/1 mil (ölkə xarici), 11 azn/1 mil (ölkə daxili);
  • Visa Platinum Miles/MC Platinum Miles: 6 azn/1 mil (ölkə xarici), 10 azn/1 mil (ölkə daxili);
  • MC Black Edition Miles: 5 azn/1 mil (ölkə xarici), 9 azn/1 mil (ölkə daxili).

«Azal Miles» proqramında olan yenilikləri sizin nəzərinizə çatdırırıq:

  • Ailə hesabı (Family Account) yaradılacaq. Ailə üzvləri öz ballarını birləşdirib, birlikdə bir hesabdan istifadə edə biləcəklər.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Alınan milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına istifadə edə bilər.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti