Silk Way Bank kart sahibləri Avropa ərazisində həyata keçirdikləri alış-verişin 19%-nə qədər məbləği smartfon vasitəsilə geri qaytara bilərlər

30 İyun 2017

Silk Way Bank Avropa ölkələrində edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılması üçün yeni maliyyə xidməti - TaxFree4U təqdim etmişdir. Hazırda Silk Way Bank kart sahibləri alış-veriş etdikləri ölkələrin hava limanlarında olarkən uçuşdan əvvəl növbədə vaxt itirmədən ən qısa müddətdə ƏDV-ni geri ala bilərlər. Silk Way Bank kart sahibləri TaxFree4U tətbiqini yüklədikləri zaman swbank promo kod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəklər.

Avropa* ölkələrində həyata keçirilmiş alış-verişlər üzrə ən yüksək ƏDV məbləğini geri qaytarmaq üçün Silk Way Bank kart sahibləri aşağıdakı müddəaları yerinə yetirməlidirlər:

- TaxFree4U mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan swbank promo kodu ilə keçməlidir;

- Pasport** şəklini yükləməli (bəyannamənin doldurulması zamanı Aİ vətəndaşlığının olmaması və digər məlumatların təsdiq olunması üçün), səyahət haqqında məlumatları daxil etməli;

- Uçuşdan 24 saat əvvəl qəbzlərin fotolarını TaxFree4U mobil tətbiqə yükləməli;

- Hoteldə artıq doldurulmuş bəyannaməni çap etməli (ƏDV-nin geri ödənilməsi forması), bu bəyannamə TaxFree4U xidməti tərəfindən istifadəçinin e-poçtuna  göndəriləcək;

-  Avropa ölkələrindən uçuşdan əvvəl qablaşdırılmış bağlamaları birkaları ilə birgə yoxlamadan keçirərək gömrük rəisindən bəyannaməyə möhür vurulmasını təmin etmək;

- Azərbaycana gəldikdən sonra möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Terminal 1-də SW Bank-ın 1 saylı şöbəsində TaxFree4U qutusuna yerləşdirin;

- İstifadəçidən sənədlərin orijinalları əldə edildikdən sonra 48 saat ərzində Silk Way Bank kartlarına ilk geri ödəniş zamanı geri ödəniləcək məbləğdən əlavə Silk Way Bank-dan  5 avro bonus ödəniləcək.  

Silk Way Bank kart sahibləri üçün TaxFree4U mobil tətbiqinin üstünlükləri:

Fayda: TaxFree4U xidməti ən yüksək geri ödəniş %-i tətbiq edir; ƏDV-nin geri ödənildiyi bütün mağazalar üzrə alış-verişlər üçün ƏDV-nin geri ödənilməsini təmin edir; qəbzlərin məbləğini vahid bəyannamədə birləşdirərək hər bir ölkədə tələb olunan icbari minimal alış-veriş məbləğini ləğv edir;

Rahatlıq: əlavə sənədlər və növbə olmadan. Tətbiq vasitəsilə qəbzlərin şəklini çəkmək kifayətdir - TaxFree4U mütəxəssisləri özləri bəyannaməni dolduracaq, sizə e-poçt vasitəsilə göndərəcəklər; 

Sürət: Geri ödəniş məbləği Silk Way Bank kartına, sənədlərin orijinallarını əldə etdikdən sonra 48 saat ərzində yatırılır, bu ƏDV-nin geri ödənilməsi üzrə operatorlar arasında ən qısa zaman müddətidir;

Azərbaycan vətəndaşları 28 Avropa İttifaqı ölkəsində ƏDV-nin geri ödənilməsi hüququna malikdirlər. TaxFree4U xidməti  İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.

TaxFree4U xidməti - Avropa* ərazisində həyata keçirilən alış-verişlər üzrə ƏDV-nin geri ödənilməsini tətbiq edən dünya üzrə ilk onlayn xidmətdir. Xidmət turistləri bəyannamələri doldurmaq, bir neçə növbədə dayanmaqdan azad edir və TaxFree operatorları arasında müştərinin kartına ən  yüksək faiz dərəcəsinin tətbiq olunmasını həyata keçirir. Bugünədək, TaxFree4U ƏDV-nin geri ödənişi üzrə sadələşdirilmiş xidmətdən Avropa ölkələrinin çox sayda turistləri istifadə etmişdir. https://taxfree4u.eu/ru/

*Xidmət  İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.

**Pasport, kart və eləcə də sənədlərin fotosu/ nüsxəsi qorunur  və üçüncü şəxslərə ötürülə bilməz.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Android: goo.gl/Ez6G2u iOS: goo.gl/AZwjZY

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45