“Salam Lounge” və “Baku Club”

27 Dekabr 2017

“SW Bank”-ın “Visa Platinum Miles”, “Visa Gold Miles”, “MC Platinum Miles” və “MC Gold Miles” kartları ilə Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə bilərsiniz.

“Salam Lounge” zalı (Terminal 1, Mərtəbə 1, Gediş)

  • sərnişinin Terminaldan keçməklə “Salam Lounge” zalının girişində qarşılanması;
  • sərnişinin qeydiyyatının və uçuşunun rəsmiləşdirilməsinin təşkil edilməsi;
  • sərnişinə hava gəmisində prioritet sayılan yerlərin təklif edilməsi və yerləşdirilməsində yardım;
  • baqajın rəsmiləşdirilməsi və emalının təşkil olunması;
  • sərnişinin uçuşqabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Salam Lounge” zalında (yumşaq mebel və interyerlə, telefonla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin “Salam Lounge” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin olunması;
  • sərnişinin uçuşla bağlı prosedurlardan keçməsi üçün vaxtında minik məntəqəsinə dəvət olunması.

“Baku Club” zalı (Terinal 1, Mərtəbə 1, Gəliş)

  • sərnişinin vaxtını rahat və səmərəli keçirməsi üçün zalın girişində qarşılanması və “Baku Club” zalına (yumşaq mebel, interyerlə, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri və s. təchiz edilmiş zal) qəbul edilməsi və zalın xidmətlərindən istifadə etmək imkanı (1 saatadək müddət ərzində);
  • sərnişinin “Baku Club” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi.

Həmçinin “SW Bank” hər yeni Visa/MC Platinum Miles kart sahibinə “Salam Lounge” zalının bir dəfəlik istifadəsi üçün hədiyyə kuponu təqdim edəcək. Hal-hazırda mövcud olan platinum kart sahibləri isə qeyd olunan kuponu Bankın baş ofisinə yaxınlaşaraq əldə edə biləcək. Bunun üçün platinum kartını və şəxsiyyət vəsiqəsini tədim etmək lazım olacaq.

Qeydlər:

  • Xidmətdən (ekskluziv tariflə) yararlanmaq üçün “SW Bank Miles” kartları ilə ödəniş etmək mütləqdir;
  • Hər kart sahibi özü ilə bu ekskluziv tariflə 4 nəfər keçirdə bilər (xidmətin dəyəri Salam Lounge - 15 ABŞ dolları, Baku Club – 14 ABŞ dolları);
  • 2-12 yaşadək uşaqlara giriş 50% endirimlə olacaq (xidmətin dəyəri Salam Lounge - 7,5 ABŞ dolları, Baku Club – 7 ABŞ dolları);
  • 2 yaşadək uşaqlara giriş pulsuz olacaq.

Beləliklə «Miles» kartının sahibi olmaqla siz aşağıdakı imtiyazları əldə edirsiniz:

Visa/MC Gold Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 200 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4,5 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 9 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə etmək imkanı;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Visa/MC Platinum Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 300 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 8 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • «Duty free» endirim kartı hədiyyə;
  • Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına);
  • “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə etmək imkanı;
  • “Salam Lounge” zalının istifadəsi üçün 1 ədəd hədiyyə kuponu;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin! 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti