“Premium Bank” və "Sumakh" birgə əməkdaşlığa başlayıb

18 Dekabr 2019

“Premium Bank” Miles kartları ilə "Sumakh"da ödəniş edən müştərilər, 3,5% cashback və əlavə mil balları qazanacaqlar. Sumakh restoranını fərqləndirən cəhət odur ki, hər bir xörəkdə ənənəvi Azərbaycan mətbəxinin yeməyində mövcud olan ədviyyat və ətirliklər birləşir. Zalın tərtibatı Azərbaycan xalçaları və milli ornamentli qablar, armudu və saxsı abajurlar sayəsində milli koloriti əks etdirir. Qeyd etmək istərdik ki, cashback məbləği ani anda müştərinin hesabına geri köçürüləcək.

Ünvan: Xocalı pros. 20/22

Tel. : +994 12 480 21 12

 

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

"Premium Bank Miles" kartlarını onlayn sifariş edə bilərsiniz: http://bit.ly/2SjukWr

"Premium Club" proqramı haqqında: www.premiumbank.az/cashback/

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti