“Premium Bank” və “İdeal” şirkəti birgə əməkdaşlığa başlayıb

29 Oktyabr 2019

Oktyabr ayının 29-dan etibarən “Premium Bank” Miles kartları ilə Ideal Perfumery&Cosmetics mağazalarında alış-veriş edən müştərilər, 3.5% "cashback" və əlavə mil balları qazanacaqlar. Qeyd etmək istərdik ki, cashback məbləği dərhal müştərinin hesabına geri köçürüləcək.

Həmçinin Premium Bank-ın müştəriləri miles kartlarını “İdeal” mağazalarında təqdim edərək, İdeal endirim kartlarını da əldə edə biləcəklər.

  • MC Black Edition - 25% endirim kartını (İdeal Platinum kart)
  • MC/Visa Platinum - 20% endirim kartını (İdeal Premium kart)
  • MC/Visa Gold - 15% endirim kartını (İdeal Gold kart)
  • MC Standard/Visa Classic - 10% endirim kartını (İdeal silver kart) əldə edə biləcək.

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

"Premium Bank Miles" kartlarını onlayn sifariş edə bilərsiniz: http://bit.ly/2SjukWr

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

İdeal Mağazalar şəbəkəsi:

  • Gənclik Mall
  • A.Neymatulla 42
  • 28 mall
  • 28 mall Mac
  • Port Baku Mac
  • Nizami 62
  • Sarayeva 25
  • Azərbaycan prospekti 23
  • H.B.Əliyev 9
  • Nizami 64
  • Park Bulvar
  • İnşaatçılar prospekti 33
  • Qara Qarayev 61D (NeftMall)
  • H.Cavid 528
  • Sumqayıt sülh 11

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti