“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görüldü

01 Mart 2019

“Premium Bank” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş nominasiya müsabiqəsində “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında I yerə layiq görülmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür bildirilmişdir. Ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində aparılan islahatlarda bankın aktiv iştirakı və qarşıdakı illərdə yeni uğurlar arzu edilmişdir.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti