"Premium Bank"ın "Mastercard" şirkəti ilə birgə yeni kampaniyası

27 May 2019

"Premium Bank" "Mastercard" şirkəti ilə birgə 28 May - Respublika günü münasibətilə 27 May 2019 – 11 İyun 2019-cu il tarixlərində yeni kampaniyaya start verir. Kampaniya ərzində qüvvədə olan Amerika, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İsrail və ya Şengen vizasına malik olan müştərilər “MC Platinum Miles” kartına 1000 AZN/USD/EUR mədaxil etməklə kartı 3 illik ödənişsiz əldə edə biləcəklər. Qeyd etmək istərdik ki, kampaniya yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün keçərlidir.

“Mastercard Platinum Miles” kartının üstünlükləri:

  • Kartı əldə etdiyiniz zaman Sizə 300 bal hədiyyə olunacaq (yalnız yeni müştərilər üçün);
  • Ölkəxarici əməliyyatlara görə hər 6 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 11 manat üçün 1 bal;
  • Bütün dövlət büdcəsi ödənişləri, gömrük, vergi, DYP ödənişləri, Apus vasitəsi ilə həyata keçirilən əməliyyatlara görə hər 35 manat üçün 1 bal;
  • “Premium Club” cashback proqramının üzvü olacaqsınız;
  • Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına) alacaqsınız;
  • “Salam Lounge” zalının bir dəfəlik istifadəsi üçün hədiyyə kuponu alacaqsınız;
  • Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə biləcəksiniz.

Xatırlatmaq istərdik ki, «Premium Bank Miles» kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanan milləri kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinin (biznes və ekonom sinifi) əldə olunmasına və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti