"Premium Bank Miles" və "AirTransfer" şirkəti birgə əməkdaşlığa başlayıb

06 Noyabr 2019

“Premium Bank” Miles kartları ilə "AirTransfer"in xidmətindən istifadə edən müştərilər, 20% "cashback" və əlavə mil balları qazanacaqlar. Müştərilərə bu imkanın verilməsi məqsədi ilə "AirTransfer"in avtomobillərində "Premium Bank" ASC-nin POS-terminalları quraşdırılıb. Cashback və əlavə millərin qazanılması "Premium Bank"-ın POS terminalları ilə ödəniş edən bankın bütün Miles kart sahibləri üçün etibarlıdır. Qeyd etmək istərdik ki, cashback məbləği ani anda müştərinin hesabına geri köçürüləcək.

“AirTransfer”in avtomobil parkı 2018-ci il istehsalı olan və qara rəngdə Mercedes-Benz Vito, Mercedes-Benz S-Class və Mercedes-Benz E-Class  avtomobillərindən ibarətdir. Bu xidmət çoxsaylı sərnişinlərin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur. Belə ki, “AirTransfer”in xidmətləri standart taksiyə sığmayan və ya daha lüks şəraitdə hərəkət etmək istəyən sərnişinlər üçündür: bura turistlər, şirkət qonaqları və s. aiddir. Nəticə etibarilə, həm şirkətlər, həm də fərdi şəxslər bu xidmətdən istifadə edə bilərlər.

“AirTransfer”in fəaliyyəti Sizə bir çox üstünlüklər verir. Əvvəla, Siz hava limanına endikdə, sürücünüz Sizi üzərində adınız olan lövhə ilə qarşılayacaq. Reysiniz gecikdiyi və ya ləngidiyiniz halda, sürücünüz bir saat Sizi ödənişsiz gözləyəcək. Hər hansı səbəbdən xidmətdən istifadəni təxirə salmaq istədikdə, seçdiyiniz vaxta 24 saat qalmış sifarişinizi ödənişsiz ləğv edə bilərsiniz. Bundan əlavə, tam yeni avtomobillər, Wi-Fi bağlantısı, sərinləşdirici içkilər və rahatlığınız üçün digər vasitələrlə təchiz olunub. Qeyd edək ki, bütün sərnişinlər həmçinin şirkət tərəfindən sığortalanır.

“AirTransfer”in VİP imici Sizdə bu xidmətin çox baha olacağı fikrini əsla yaratmasın. Əslində “AirTransfer” son dərəcə əlçatan bir xidmətdir. Belə ki, Mercedes-Benz E-Class üçün 29 manat, Mercedes-Benz Vito üçün 39 manat və Mercedes-Benz S-Class üçün isə cəmi 49 manat təşkil edir. “Premium Bank” kart sahibləri bu tariflər üzərindən 20% endirimli istifadə edəcəklər.

Qeyd: Avtomobilləri həmçinin saatlıq olaraq da sifariş etmək mümkündür.

“AirTransfer”in VİP servisindən istifadə etmək üçün *2000 qısa nömrəli çağrı mərkəzinə zəng etməyiniz kifayətdir.

Beləliklə, Siz münasib qiymətə VİP nəqliyyat xidməti əldə etmiş olursunuz.

Xatırlatmaq istərdik ki, «Premium Bank Miles» kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (AZN ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanan milləri kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinin (biznes və ekonom sinfi) əldə olunmasına və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti