"Premium Bank Miles" kartları indi daha sərfəli oldu

10 May 2023

Müştəri məmnuniyyətinə böyük önəm verən və daim yeniliklərə istiqamətlənən “Premium Bank” miles kartları üzrə daha rahat şərtlər təklif etməklə, növbəti dəfə öz müştərilərini sevindirir: miles kartları üzrə yenilənmiş tariflər, ölkədaxili mil toplanmasının daha sərfəli edilməsi və ATM-larda kommisiyasız nağdlaşmanın tətbiqi.

 

Daha ətraflı:

Yenilənmiş kart qiymətləri:

“Visa Classic/MC Standard Miles”: 20 AZN (2 illik) / 25 AZN (3 illik)

“Visa/MC Gold Miles”: 50 AZN (2 illik) / 60 AZN (3 illik)

“Visa/MC Platinum Miles”: 100 AZN (2 illik) / 125 AZN (3 illik)

“Visa Signature/MC Black Edition Miles”: 200 AZN (2 illik) / 250 AZN (3 illik)

Qeyd: Onlayn sifarişlərdə əlavə olaraq 20% endirim tətbiq olunacaqdır. Miles kartını indi əldə et - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/

Yenilənmiş ölkədaxili mil hesablanmaları:

“Visa Classic/MC Standard Miles”: 10 AZN (ölkədaxili) / 8 AZN (ölkəxarici)

“Visa/MC Gold Miles”: 9 AZN (ölkədaxili) / 7 AZN (ölkəxarici)

“Visa/MC Platinum Miles”: 8 AZN (ölkədaxili) / 6 AZN (ölkəxarici)

“Visa Signature/MC Black Edition Miles”: 7 AZN (ölkədaxili) / 5 AZN (ölkəxarici)

ATM-lardan nağd vəsaitin çıxarılması üzrə aylıq limitlər:

“Visa Classic/MC Standard Miles”: 1000 AZN/USD/EUR-dək 0% komissiya

“Visa/MC Gold Miles”: 3000 AZN/USD/EUR-dək 0% komissiya

“Visa/MC Platinum Miles”: 4000 AZN/USD/EUR-dək 0% komissiya

“Visa Signature/MC Black Edition Miles”: 5000 AZN/USD/EUR-dək 0% komissiya

 

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları özü və ailə üzvləri üçün AZAL aviaşirkətinin pulsuz uçuş biletinə və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti