"Premium Bank Miles" kart sahiblərini daha çox mil toplamağa dəvət edirik!

24 Yanvar 2022

“Azərbaycan Hava Yolları” yeni “Azal Club” loyallıq proqramını istifadə etməyə sizi dəvət edir. “Azal Club”, ölkə üzrə geniş partnyor şəbəkəsində (restoranlar, geyim, aksessuar mağazaları, əyləncə mərkəzləri və s.) və “Booking.com”, “Rentalcars.com” və s. kimi müxtəlif onlayn saytlarda - milləri toplamağa imkan verən pulsuz loyallıq proqramıdır. Partnyor şəbəkəsində “Premium Bank Miles” kartları ilə ödəniş edin, üstəlik “Azal Club” tətbiqini istifadə edin və xərclədikcə daha çox mil qazanın!

Qeydiyyat cəmi bir neçə dəqiqə çəkir və “Azal Club” mobil əlavəsi vasitəsilə həyata keçirilə bilər. Yükləmək üçün keçidlər:

Android: https://play.google.com/store/apps/details?id=az.azalclub

iOS: https://apps.apple.com/az/app/azal-club/id1459851221

Qeydiyyatdan keçdikdən dərhal sonra iştirakçılar cari balansı izləyə, tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər. Həmçinin, “Azal Club” istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa “Azal-Miles” iştirakçısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.

Azal Club, tərəfdaş şəbəkəsinin genişləndirilməsi və hər bir iştirakçını sevindirəcək yeniliklər üzərində daim işləyir. Perspektivdə “Azal Club” tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya “Azərbaycan Hava Yolları”nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşlar cəlb ediləcək.

Xəbərləri və yenilikləri həm rəsmi internet saytında ( www.azalclub.az ), həm də “Azal Club”un Facebook, Instagram və Telegram sosial şəbəkələrində izləyə bilərsiniz.

“Azal Club” proqramı nədir və necə çalışır? Bu haqda hazırlanan tanıtım çarxını izləyə bilərsiniz: https://youtu.be/LT1bwSvWYik

Daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti