Premium Bank Google Pay™ xidmətini istifadəyə verdi

24 Oktyabr 2022

Müştəri məmnuniyyətinə böyük önəm verən və daim yeniliklərə inteqrasiya edən "Premium Bank" müasir innovativ həlləri öz fəaliyyəti isiqamətində uğurla tətbiq etməyə davam edir. Artıq “Premium Bank” müştəriləri də Bankın mobil tətbiqi vasitəsilə Visa kartlarını Google Pulqabı™-ə əlavə edərək rahat və təhlükəsiz şəkildə ödənişlərini edə biləcəklər.

Bir ay öncə Apple Pay ödəmə üsulunu müştərilərinə təqdim edən "Premium Bank", bu dəfə sevindirici xəbəri Android əməliyyat sistemli elektron cihaz istifadə edən müştərilərinə çatdırır. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Həmçinin diqqətinizə çatdırırıq ki, “Premium Bank” bir yenilik edərək ilk olaraq “Paycity” şəhərciyini öz mobil tətbiqinə əlavə etmişdir. Visa kartlarınızla Google Pay və Apple Pay təmassız ödənişləri zamanı “Paycity” partnyorlarında xüsusi endirim kampaniyaları və üstünlüklərdən faydalana bilərsiniz. Mobil tətbiqimizdə “Paycity” bölümü vasitəsi ilə endirimlər haqqında ətraflı məlumatı öyrənə bilərsiniz. 

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti