"Premium Bank" və "VISA"-dan Novruz bayramı kampaniyası

03 Mart 2023

Novruz Bayramı ərəfəsində “Visa Miles” kartlarını daha sərfəli şərtlərlə əldə edin və istirahətə yollanın. Kampaniya keçirilməsinin əsas məqsədi, ailə üzvlərinin hər birinin öz seçiminə uyğun “Miles” kartını əldə etməsi və səyahətlər zamanı kartın təqdim etdiyi bütün üstünlüklərdən birlikdə yararlanmasıdır. 

“Visa Miles” kartlarının əsas üstünlükləri:

  • Ölkəxarici ödənişlərdə daha çox mil qazanılması
  • Hədiyyə millər
  • Millərin 3 il müddətinə istifadəsi
  • Yeni uçuş istiqamətlərinin açılması (Barselona, Vyana, Paris, Berlin, Praqa və s.)
  • GYD - IST - GYD aviabileti cəmi = 4900 mil
  • Apple Pay və Google Pay ilə ödəniş etmək imkanı
  • Premium Bank kartları arasında köçürmələr pulsuz və limitsiz
  • Gediş və gəliş zamanı pulsuz transfer xidməti
  • Fast track xidmətindən pulsuz istifadə
  • Vip zallara pulsuz girişlər
  • 24/7 rejimində “Concierge” servisi
  • “Azal Club” loyallıq proqramının üzvlülük (400-dən çox partnyor satış nöqtəsindən əlavə millər)

Kampaniya ərzində qüvvədə olan xüsusi tarifləri nəzərinizə çatdırırıq:

“Visa Classic Miles”: 20 AZN (2 illik) / 25 AZN (3 illik)

“Visa Gold Miles”: 50 AZN (2 illik) / 60 AZN (3 illik)

“Visa Platinum Miles”: 100 AZN (2 illik) / 125 AZN (3 illik)

“Visa Signature Miles”: 175 AZN (2 illik) / 200 AZN (3 illik)

Kampaniyamızdan yararlanmaq istəyən hər kəs bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər. Hər bir kart üzrə daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/

Kampaniyanın keçirilmə müddəti: 03.03.2023 – 17.03.2023

 

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları AZAL aviaşirkətinin pulsuz uçuş biletinə və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti