Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni "Premium Bank Lounge" zalı

13 Dekabr 2021

“Premium Bank” daha rahat səfərlər təklif etməklə, növbəti dəfə öz müştərilərini sevindirir. Bu gün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda yeni “Premium Bank Lounge” zalı açılıb. Bu zal beynəlxalq uçuşlar zonasında (Terminal 1) yerləşir.

Bundan sonra, Premium Bank-ın “Visa Platinum Miles”, “Visa Signature Miles”, “MC Platinum Miles” və “MC Black Edition Miles” kart sahibləri, bu zalın xidmətlərindən pulsuz və heç bir məhdudiyyət olmadan, 13.01.2022-ci ilə qədər istifadə edə biləcəklər. Bu tarixdən sonra, “Visa Platinum Miles” və “MC Platinum Miles” sahibləri üçün sözügedən xidmət ildə 2 dəfə, “Visa Signature Miles” və “MC Black Edition Miles” sahibləri üçün isə ildə 10 dəfə pulsuz olacaq.

“Premium Bank Lounge” zalı Terminal 1 uçub getmə zonasında yerləşir və aşağıdakı xidmətləri göstərir:

  • sərnişinin “Premium Bank Lounge” zalının girişində qarşılanması;
  • sərnişinin uçuşqabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Premium Bank Lounge” zalında (yumşaq mebel və interyerlə, telefonla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, televiziya verlişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin “Premium Bank Lounge” zalında geniş assortimentə malik menyuya əsasən qida məhsulları ilə təmin olunması;
  • uçuşla bağlı məlumatların verilməsi;
  • sərnişinin vaxtında miniyə dəvət olunması;
  • tərcüməçi xidməti.

Qeydlər:

  • Xidmətdən yararlanmaq üçün “Premium Bank Miles” kartların təqdim olunması mütləqdir;
  • Kart sahibləri ilə birgə səyahət edən 12 yaşdan yuxarı və 2-12 yaşa qədər sərnişinlər ekskluziv tariflə “Premium Bank Lounge” zalının xidmətlərindən istifadə edə bilərlər (12 yaşdan yuxarı sərinşinlər üçün xidmətin dəyəri 24 ABŞ dolları, 2-12 yaşa qədər sərnişinlər üçün isə 12 ABŞ dolları təşkil edir).
  • 2 yaşadək uşaqlara giriş pulsuz olacaq.

Miles kartlarını bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada əldə edə bilərsiniz - https://bit.ly/2R1sr54

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti