“ƏDV Geri Al” artıq “Premium Bank Mobile”da!

05 Yanvar 2022

Premium Bank müştərilərinin istək və təkliflərini daimi prioritetdə tutaraq, “Premium Bank Mobile” tətbiqi vasitəsi ilə ƏDV faizlərini geri almaq üçün sadə və asan imkan yaradıb.

İndi hər kəs Bankın “Premium Bank Mobile” tətbiqini yükləməklə ƏDV faizlərini ən rahat şəkildə geri ala bilər. Müştərilər qəbzin fiskal kodunu daxil etmək və ya QR kodunu tətbiq vasitəsilə oxutmaqla ƏDV faizlərini ala biləcəklər. Yığılmış ƏDV faizləri tətbiqin “ƏDV Geri Al” kabinetində “qaytarılan”, “gözləmədədir” və “ləğv olunan” statusları ilə əks olunur. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır və ona bu barədə bildirişlər gəlir.

Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti