35% endirim kampaniyası

01 Dekabr 2017

“Bank Silk Way” 1 Dekabr 2017 – 1 Mart 2018-ci il tarixlərində yeni kampaniyaya start verir.
Kampaniya ərzində “Visa Gold Miles” və “Visa Platinum Miles” kartlarını 35% endirimlə əldə etmək mümkündür.
«Visa Miles» kartının sahibi olmaqla siz aşağıdakı imtiyazları əldə edirsiniz:

Visa Gold Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 200 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4,5 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 9 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Visa Platinum Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 300 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 8 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • «Duty free» endirim kartı hədiyyə;
  • Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına);
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Qeyd: SW Club endirimlər təklif edən unikal proqramdır. Ödənişləri «miles kartları» ilə həyata keçirin - endirimlər əldə edin və çoxlu millər qazanın.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.


Daha çox alın, tez-tez səyahət edin!

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti