Bank Silk Way və Mydutyfree xidməti ilə duty-free mağazalarında endirim əldə edin

16 Avqust 2018

Artıq SW Bank müştəriləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında etdikləri alış-verişlərdə 12%-lik endirim əldə edə biləcəklər!

SW “Miles” kartınız varsa, https://www.banksilkway.az/az/for-life/mydutyfree/ səhfəsinə daxil olun və 12%-lik promo-kodu əldə edin. Səyahətə çıxmazdan öncə mydutyfree.net saytında duty free məhsulları bölümünü seçin, əvvəlcədən sifariş verin və swmiles promo-kodunu daxil edin. Siz hava limanına gəldikdə alış-verişiniz hazır olacaqdır. Ödənişi mütləq SW Miles kartı ilə etmək lazımdır.Mydutyfree sizə hava limanındakı qiymətləri öyrənmək, alış-verişi planlaşdırmaq və endirimlər əldə etmək imkanını verir. Əvvəlcədən verilmiş sifarişlərin məhsulları əvvəlcədən toplanılır, bu səbəbdən səyahətçilər alış-verişlərini tez təslim ala və uçuşdan əvvəl vaxt sərf etməyə bilərlər.Mydutyfree endirimindən faydalanın və hava limanında alış-verişlərdə daha çox qənaət edin!

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı, bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin dəyərini "Miles" kartı vasitəsilə ödəyərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (AZN ekvivalentində) hesablanılır. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Əldə edilən milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti