“Bank Silk Way” 24/7 rejimində xidmət göstərən “Elektron şöbə” istifadəyə verib

07 Mart 2017

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə yaradılan “Elektron şöbə” paytaxtın Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 74A ünvanında yerləşir (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən yuxarı tərəfdə).

Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən “Elektron şöbə”sində “cash-in” bankomatları və avtomatik valyutadəyişmə terminalları müştərilərin ixtiyarındadır. Şöbədə vəsaitin karta mədaxil olunması (cash-in) və vəsaitin nağdlaşdırılması üzrə əməliyyatlar aparmaq mümkündür. “Cash-in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əsginas mədaxil etmək olar.

Avtomatik valyutadəyişmə terminallarında AZN, USD valyutaları qəbul edilir, bunun müqabilində isə AZN, USD valyutasında əsginasları almaq mümkündür. Qeyd edilən ünvanda, həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. 

Qeyd edək ki, bundan sonra da şəhərin mərkəzində həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən “Elektron şöbə”lər açılıb istifadəyə veriləcək.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti