«Azal Miles» proqramında yeniliklər

16 Oktyabr 2019

KomandamızAzərbaycan Hava Yolları” aviaşirkətinin reysləri ilə tez-tez uçan sərnişinlər üçün AZAL - Miles proqramının təqdim etdiyi  xidmətlərin səviyyəsinin yüksəldilməsi üzərində daim çalışır. 

Texniki tamamlama işləri ilə əlaqədar, 4-12 noyabr 2019-cu il tarixlərdə sistemimiz fəaliyyət göstərməyəcəkdir.

Göstərilən müddət ərzində qeydiyyat profilinizə daxil ola bilməyəcək və satış ofislərimiz, agentlərimiz və xidmət dəstəyimiz də daxil olmaqla, adi rabitə kanalları vasitəsilə öz hesabınızdan istifadə edə bilməyəcəksiniz.  Bundan əlavə, həmin müddət ərzində mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi imkanı da mümkün  olmayacaqdır. 

Bildiririk ki, yenilənmədən sonra onlayn rejimdə veb-sayt vasitəsilə mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi imkanı təqdim olunacaq, habelə topladığınız ballar hesabına hava gəmisində əlavə baqaj və daha rahat oturacaqlar əldə edə biləcəksiniz.

Nəzərinizə çatdırırıq ki, AZAL-Miles proqramının mobil əlavəsi çalışmayacaq, daha sonra isə “App Store” və “Google Play” proqramlarında artıq mövcud olan “Azərbaycan Hava Yolları”nın (AZAL) yeni mobil əlavəsinə daxil  ediləcəkdir.

Narahatçılığa görə üzr istəyirik.

Anlayışınıza görə təşəkkür edirik.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti