“Airmiles”da yenilik - Ailə hesabı!

03 Oktyabr 2024

Artıq Airmiles proqramında qeydiyyatdan keçmiş hər bir iştirakçı Ailə hesabının üzvü ola bilər.

Əsas hesab sahibi birinci dərəcəli ailə üzvlərini üzv edə bilər. Ailə üzvləri öz aralarında mil transferlərini rahatlıqla edə biləcəklər.

Ailə hesabına üzv olmaq üçün sorğunuzu [email protected] email ünvanına və ya WhatsApp nömrəmizə (055 440 80 00) göndərin və ailənizlə birgə daha çox səyahət edin!

Ailə hesabının yaradılması qaydaları:

  1. Ailə hesabı yaratmaq üçün hesab sahibi təyin edilməlidir. Ailə hesabına əsas hesab sahibinin birinci dərəcəli qohumları daxildir.
  2. Ailə hesabı yaratmaq üçün iştirakçı (ailə hesabı sahibi) tələb olunan sənədləri göndərməlidir.

Misal:  Ailə hesabı sahibi atadırsa, bu zaman ailə hesabının yaradılması üçün aşağıdakı sənədlər tələb olunur: valideynlərinin, həyat yoldaşının, övladlarının və bacı-qardaşının şəxsiyyət vəsiqələrinin surətləri, Ailə hesabı sahibinin (özünün) və övladlarının doğum haqqında şəhadətnamələri və nikah haqqında şəhadətnamə.

.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti