35% endirim kampaniyası

26 Dekabr 2018

“Premium Bank” yeni ilin gəlişi münasibətilə, 26 Dekabr 2018 – 1 Mart 2019-ci il tarixlərində yeni kampaniyaya start verir. Kampaniya ərzində “MC Platinum Miles” kartını 35% endirimlə əldə etmək mümkün olacaq.
“MC Platinum Miles” kartının sahibi olmaqla Siz aşağıdakı imtiyazları əldə edirsiniz:

  • P​latinum Miles kartı əldə etdiyiniz zaman Sizə 300 bal hədiyyə olunacaq
  • ​Ölkəxarici əməliyyatlara görə hər 6 manat üçün 1 bal
  • ​Ölkədaxili əməliyyatlara görə hər 10 manat üçün 1 bal
  • ​“Premium Club” endirim proqramının üzvü olacaqsınız
  • ​Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına) alacaqsınız
  • ​“Salam Lounge” zalının bir dəfəlik istifadəsi üçün hədiyyə kuponu alacaqsınız
  • ​Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə bilərsiniz
  • ​ATM-lərdən nəğd pulun çıxarılması limiti 4000 AZN/USD/EUR

“MC Platinum Miles” kartını onlayn sifariş edə bilərsiniz: http://www.premiumbank.az/az/for-life/plastic-cards/miles-kartlar/mastercard-platinum-miles/
Qeyd: “MC Platinum Miles” kartını hər 3 valyutada (AZN, USD, EUR) sifariş etmək mümkün olacaq.


Xatırlatmaq istərdik ki, “Premium Bank Miles” kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Alınan milləri kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.
Daha çox alın, tez-tez səyahət edin!

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti