Bank Silk Way "MasterCard Miles 1+1" adlı yeni kampaniyasına start verir

06 Oktyabr 2016

Bank Silk Way «MasterCard» şirkəti ilə birgə 10 oktyabr - 30 dekabr 2016-cı il tarixlərində «MasterCard Miles 1+1» adlı yeni kampaniyasına başlayır.

Kampaniyanın şərtlərinə görə MasterCard Standard Miles və MasterCard Gold Miles kartlarını əldə etmiş müştərilərə hədiyyə olaraq eyni adlı ikinci kart təqdim olunacaq. Hədiyyə üçün nəzərdə tutulmuş kartı öz adına və ya seçim etdiyiviz insanın adına sənədləşdirmək olar. Kart 3 il müddətinə pulsuz xidmət ilə veriləcək (istənilən valyutada açıla bilər AZN, USD və ya EUR). Kampaniya zamanı hədiyyə balları 2 qat təqdim olunacaq: MC Standard Miles - 200 bal, MC Gold Miles - 400 bal.

«MasterCard Miles» kartının sahibi olmaqla siz aşağıdakı imtiyazları əldə edirsiniz:

MC Standard Miles 

  • Kartdan ilk istifadə zamanı Sizə 200 bal hədiyyə olunacaq;
  • «SW Club» endirim kartı hədiyyə alacaqsınız.

MC Gold Miles 

  • Kartdan ilk istifadə zamanı Sizə 400 bal hədiyyə olunacaq;
  • «SW Club» endirim kartı hədiyyə alacaqsınız;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

* SW Club endirimlər təklif edən unikal proqramdır. Ödənişləri «miles kartları» ilə həyata keçirin - endirimlər əldə edin və çoxlu millər qazanın.

Yadınıza salaq ki, Miles kartı bank kartının üstünlükləri ilə «Azal Miles» proqramının iştirakçılarının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-veriş və xidmətləri Miles kartı ilə ödəyən kart sahibi öz hesabına millər qazanır. Mağazalarda çox kiçik ödənişlər də daxil olmaqla, bank kartından mümkün qədər tez-tez istifadə etmək lazımdır və bu zaman əlavə komissiyalar çıxılmır. Etdiyiniz hər alış-veriş sizə Millər qazandıracaq. Millər dünyanın istənilən valyutası ilə həyata keçirilən ödənişlər zamanı əlavə olunur. Millər həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanır.

Miles balları toplayaraq, aşağıdakı mükafatları ala bilərsiz:

  • Aviaşirkətin təqdim etdiyi pulsuz aviabiletin (biznes və ekonom sinifi) əldə edilməsi;
  • "N" və ya "Y" ekonom sinfindən "A" biznes sinifinə pulsuz artırılması.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. https://www.fb.com/swbankmiles

Daha çox alın, tez-tez səyahət edin!

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti