Komplayens

“Premium Bank” ASC-nin Komplayens, “Cinayәt yolu ilә әldә edilmiş әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә ” siyasətinin əsas məqsədi qeyri-qanuni fəaliyyətdən əldə  edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarının vaxtında qarşısını almaq, bankdan bu məqsədlər üçün istifadə edilməsinə yol verməmək və aparılan  bank əməliyyatları üzərində effektiv nəzarət mexanizmini qurmaqdan, o cümlədən Banda ola biləcək qanunvericilik tələblərinin pozulması hallarının müəyyən edilməsi və qarşısının alınmasından, Bankda şəffaflığın,  dürüstlüyün, etik davranışın təşviqindən, Bankın işgüzar nüfuzunun qorunması, müxbir bankçılıq əlaqələrinin və müştəri-Bank münasibətlərinin sağlamlaşdırılmasından ibarətdir.

Bankın Komplayens, “Cinayәt yolu ilә әldә edilmiş әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә" siyasəti  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara, FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tövsiyyələrinə,“Banklar haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”  Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanmışdır və minimum aşağıdakı tədbirləri əhatə edir:

  • Yerli qanunvericiliyin, Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq hüquqi aktların tәlәblәrini nәzәrә alaraq fәaliyyәt göstәrmәklә Bankı ӘL/TM mәqsәdilә istifadә edilmәkdәn qorumaq
  • Bankın әmәkdaşlarını ӘL/TMM ilә bağlı hadisәlәri müәyyәn etmәk vә qarşısını almaq mәqsәdilә tәlimatlandırmaq
  • Bankda müstəqil və şəffaf fəaliyyət göstərən ӘL/TMM, Komplayens funksiyası;
  • Bankın adını vә işgüzar nüfuzunu ӘL/TMM ilә bağlı risklәrdәn qorumaq
  • Qabaqcıl proqram təminatlarından (FİCO Siron TonBeller) istifadə etməklə proseslərin avtomatlaşdırılması;
  • Daxili qayda və prosedurların formalaşdıırlması və tətbiqinə nəzarət;
  • Risk-əsaslı yanaşma;
  • Sağlam, şəffaf müştəri bazasının formalaşdırılması;
  • Müştəri qəbulu və imtina siyasəti;
  • Həssas biznes siyasəti;
  • Beynəlxalq sanksiyalar siyasəti;
  • Müştərilərin eyniləşdirilməsi və verifikasiyası;
  • Əməliyyatların monitorinqi;
  • Təlimlərin təşkili;
  • Daxili audit və nəzarət funksiyaları;
  • Maraqlar toqquşması;
  • Etik davranış;
  • Frod və dələduzluğa qarşı mübarizə və s. kimi tədbirlər.

Bilirdinizmi? Siz bankımızın cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində alət olaraq istifadə olunmasına mane ola bilərsiniz.

Bunun üçün aşağıda sadalanan və bənzər məsələlərlə bağlı [email protected] email ünvanına müraciət etməyiniz kifayətdir:

  • Müştərinin hərəkət və ya hərəkətsizliyindən (sənəd saxtalaşdırması, yalan məlumat və s.) ehtimal etdiyiniz şübhə;
  • Əməkdaşın bankdaxili proseslərin tələblərindən kənarlaşaraq müştəri xeyrinə davranışı;
  • Əməkdaşın süni üstünlük (maddi və ya qeyri-maddi) qazanması məqsədilə, rəhbərinə və ya digər həmkarlara həqiqəti əks etdirməyən məlumat verməsi və ya məlumatı gizlətməsi;
  • Müştəri və ya əməkdaş tərəfindən bankın imicini zədələcəyək hərəkət və hərəkətsizlik;
  • Bank sirri təşkil edən məlumatların 3-cü tərəflərə sızması;
  • Məhsul, proses, xidmətlə bağlı aşkar etdiyiniz nöqsanlar və ya yeniliklərlə bağlı təkliflər;
  • Komplayens fəaliyyətinin effektivliyinə dair məlumat.
1.33 MBPDF
ƏLTMM siyasəti
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti