Premium Bank Airmiles

06 August 2024

"Airmiles" loyallıq proqramı “Premium Bank”-ın yeni rəqəmsal məhsuludur. “Airmiles” istifadəçilərinə hər yerdə alış-veriş edərkən mil qazanmaq, milləri bir çox aviaşirkətlərin aviabiletlərinə (biznes və ekonom sinfi) və proqramın “Kuponlar” bölməsində partnyor brendlərin təqdim etdiyi xidmət və məhsullara dəyişmək imkanı verir. 

Milləri toplamaq inanılmaz dərəcədə asandır! Sadəcə olaraq kartınızla ödəniş edin və “Premium Bank”-ın bütün imtiyazlarından yararlanın, millər isə avtomatik toplanacaqdır.

“Airmiles” loyallıq proqramının üstünlükləri nələrdir?

  • Məşhur aviaşirkətlərdən "Airmiles" mobil tətbiqinin daxilində mil aviabiletini onlayn almağa imkan yaradır. Misal: cəmi 8500 AZN xərcləməklə millər toplayıb bütün rüsumlar daxil İstanbula mil aviabileti əldə edilə bilər. 
  • Bir çox aviaşirkətin mil aviabiletləri təqdim olunur: AZAL, Turkish Airlines, Wizz Air, Lufthansa, Fly Dubai, Emirates, Air Arabia və s.
  • Millərlə yalnız aviabilet deyil, digər müxtəlif kateqoriyalardan məhsul və xidmətləri əldə etmək mümkündür.
  • Tətbiq daxilində partnyorlarımızın təklifləri ilə tanış olub, ekstra millər qazanıla bilər. 
  • İstifadəçi alacağı mil aviabiletini yalnız öz adına deyil, istənilən şəxsin adına rəsmiləşdirə bilər. Hətta azyaşlı uşaqların adına da mil bileti alına bilər.
  • Ailə üzvləri öz milləri ilə aralarında paylaşa bilərlər və s üstünlüklər də mövcuddur.

Zövgüvə uyğun Airmiles kartını onlayn əldə et: Visa Infinite Airmiles, Visa Signature Airmiles, Visa Platinum Airmiles, Visa Gold Airmiles, Visa Classic Airmiles

Həmçinin filiallara müraciət etməklə Airmiles kartlarını əldə etmək olar:

  • Baş ofis - Həsən Əliyev küç., 131A
  • Filial "№1" - Nizami küç., 86 (yenilənmiş 142A)
  • Filial "№2" - H.Əliyev adına Beynəlxalq Hava Limanı, Terminal №2
  • Filial "№5" - Həsən Əliyev küç., 4/186

İş saatı: 09:00-17:00 (I-V)
Tel.: (+994 12) 4048000

Qeyd: Azal Miles kart sahibləri öz kartlarını Airmiles məhsuluna filiallarımıza yaxınlaşaraq heç bir ödəniş etmədən dəyişə bilər.

Premium Bank Airmiles – Minlərlə fürsət, millərlə səyahət!

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti