Cari hesabın açılması

Dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər üçün

  • Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  • bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;
  • hüquqi şəxsin nizamnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;
  • müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət qurumunun və publik hüquqi şəxsin nizamnaməsini (əsasnaməsinin) təsdiq edən hüquqi aktın surəti;
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
  • Verqi orqanı tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin (VÖEN təsdiq edən sənəd) sürəti;
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;
  • imza və möhür nümunələri vərəqəsi
  • İmza səlahiyətləri verilmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər rəhbər vəzifəsi dövlət qeydiyyatı haqqında sənəddə qeyd olunan şəxs-qanuni təmsilçi tərəfindən icra olunursa əlavə əmr tələb olunmur.
  • Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi şəxslərin dövlət reyestrından çıxarışı, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd.
  • Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)
  • CRS/Fatca (bank tərəfindən təqdim olunur).

Qeyd: Büdcə təşkilatlarına xüsusi cari hesabın açılması üçün yuxarıda qeyd olunan müvafiq sənədlər və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu tələb olunur.


Hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün

  • Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  • hüquqi şəxsin dövlət reyestrindən çıxarışın müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
  • filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar üçün əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənəd tələb olunur);
  • Verqi orqanı tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin (VÖEN təsdiq edən sənəd) sürəti;
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;
  • imza və möhür nümunələri vərəqəsi
  • İmza səlahiyətləri verilmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər rəhbər vəzifəsi dövlət qeydiyyatı haqqında sənəddə qeyd olunan şəxs-qanuni təmsilçi tərəfindən icra olunursa əlavə əmr tələb olunmur.
  • Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd.
  • Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)
  • CRS/Fatca (bank tərəfindən təqdim olunur).

Qeyri-rezident hüquqi şəxslərə,  hüquqi-şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri üçün:

  • Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  • hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışının müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
  • hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat (sahibkarlıq fəaliyyəti məqsədi ilə açılan hesablar üçün)
  • imza və möhür nümunəsi vərəqəsi
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət qurumlarının (maliyyə bazarlarına nəzarət orqanının və ya digər dövlət qurumunun) xüsusi icazəsi (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti);
  • Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədləri, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışı, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd.
  • İmza səlahiyətləri verilmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər rəhbər vəzifəsi dövlət qeydiyyatı haqqında sənəddə qeyd olunan şəxs-qanuni təmsilçi tərəfindən icra olunursa əlavə əmr tələb olunmur.
  • Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)
  • CRS/Fatca (bank tərəfindən təqdim olunur).

 

 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45